Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“Siyavuş Novruzov "molotov kokteyli" ilə kotleti ayıra bilmir”

İqbal Ağazadə: “Siyavuş Novruzov

 

 

YAP-ın icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilər barəsində açıqlama verib. 
Xeberinfo.com:   S.Novruzov azvision.az saytına açıqlamasında bildirib ki, İqbal Ağazadənin həmin dairədən deputat seçilmə şansı sıfıra bərabər idi: “Onun Ağdaşdan deputat seçilmə şansı sıfıra bərabər idi. Birincisi, ağdaşlı seçicilər İqbal Ağazadə haqqında kifayət qədər məlumata malik deyildilər. İkincisi, İqbal Ağazadə orada yaşamayıb, fəaliyyət göstərməyib. Üçüncüsü, partiyanın rayon təşkilatı geniş nüfuza malik deyil. Bu baxımdan, harada dairə boşaldı, oradan namizədliyini irəli sürmə prinsipi seçki praktikasından kənardır”.
Ümid Partiyasının sədri İqbal Ağazadə musavat.com-a açıqlamasında S.Novruzovun bu fikirlərinə münasibət bildirib. 
İ.Ağazadə söyləyib ki, Siyavuş Novruzovun seçkidən xəbəri yoxdur: “Siyavuş Novruzova nə deyə bilərəm ki..? Adam hələ “molotov kokteyli” ilə kotleti ayıra bilmir. Seçki ilə bağlı Siyavuş Novruzovun düşüncəsi bu qədərdir. Ondan o tərəfə deyil. Ümumi seçkilərlə bağlı mövqeyimizi ifadə etmişik. Kifayət qədər də faktlarımızı mətbuatda sadalamışıq. Siyavuş  Novruzov təəssüf ki, hər şeyə ironik yanaşır. Hesab edir ki, bu yanaşma hər zaman doğru olur. Onun yanaşmalarından belə çıxır ki, bu adamın ümumiyyətlə, seçkidən xəbəri yoxdur. Və seçki haqqında heç bir məlumata sahib deyil”.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam