Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Bakıda məşhur yeni tikili –“Qoşa Park” yanır

 

Əməkdaşlarımız bu dəqiqələrdə hadisə yerindən xəbər verir ki, Yasamalda yanğın başlayan "Qoşa Park" yaşayış kompleksinin yerləşdiyi küçə hər iki tərəfdən nəqliyyatın hərəkəti üçün bağlanıb. Hadisə yerində 10-a yaxın yanğınsöndürmə briqadası işləyir. Habelə 5 təcili yardım briqadası da hadisə yerində hazır vəziyyətdə gözləyir. Ətrafa xeyli insan toplaşıb.

Yenixeber.org: Sakinlərin dediyinə görə yanğın təzə başlayanda yanğınsöndürən maşınlar yaşayış kompleksinə yaxınlaşa bilməyib. Çünki binanın həyəti dardır və yaxınlıqda park edilmiş avtomobillər yolu daraldıb. Kompleksdə 80-ə yaxın ailə yaşayır. Sakinlər deyiblər ki, bəzi mənzillərdə valideyinlər azyaşlı uşaqlarını səhər saatlarında evdə qoyub və qapını bağlayıb gediblər. Nəticədə həmin mənzillərdən uşaqları evakuasiya etmək üçün xilasedicilər qapıları sındırmalı olublar. Bəzi məlumatlara görə yanğın nəticəsində xəsarət alanlar və tüstüdən zəhərlənənlər var, onlar xəstəxanalara aparılıblar. Yanğının nədən başladığı barədə hələlik məlumat yoxdur.

*   *   *14:17

Bina sakinlərinin saytımıza bildirdiklərinə əsasən, yuxarı mərtəbələrdə yaşayanlar mənzillərini tərk edə bilmirlər. Sakinlər arasında təşviş hökm sürür.

Hadisə yerinə beş təcili tibbi yardım maşını cəlb olunub. Bunu virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib.

Onun sözlərinə görə, yanğın hələlik söndürülmədiyindən, xəsarət alanların sayı məlum deyil. Təcili yardım briqadaları yanğının söndürülməsini gözləyirlər.

Eyni zamanda, hadisə şahidlərinin virtualaz.org-a bildirdiklərinə əsasən, yanğın binanın 13-cü mərtəbəsində başlayıb.

*   *   *13:20

Sakinlərin verdiyi məlumata görə, Bakıda məşhuryeni tikili - “Qoşa Park” yanır.

Yanğın təxminən yarım saat bundan əvvəl başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Sakinlərin bildirdiyinə görə, mənzillərdə qalanlar var və onlar binanı tərk edə bilməyiblər. Xilasedicilər sakinləri təxliyə edirlər.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam