Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Bursada Xocalı soyqırımının qurbanları yad edilib

 

 

Türkiyənin Bursa şəhərində, Uludağ Universitetində Xocalı soyqırımının 27-ci ildönümü yad edilib.

Yenixeber.org: Türkiyə büromuzun məlumatına görə “Unutmadıq, unutdurmayacağıq” adlı tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Uludağ Universiteti Azərbaycan Kültür Sənət Topluluğunun təşəbbüsü ilə baş tutub. 

Anım mərasimi Xocalı soyqırımından bəhs edən filmin nümayişi ilə başlayıb. 

Bundan sonra Uludağ Universitetinin rektor müavini, professor, doktor Mehmet Yücel çıxış edərək Xocalıda yaşananları insanlıq əleyhinə cinayət adlandırıb və bütün dünyanı bu vəhşiliyi görməyə çağırıb. O, türklərin dünyada yaşadıqları yerləri yurd-yuva etmək üçün dah çox qanından və canından keçən millət olduğunu, ermənilərin türk toplumlarına qarşı törətdikləri vəhşiliklərə tarixi bütün dövrlərində rast gəlindiyini deyib. M.Yücel Xocalı faciəsinin sıradan bir hadisə deyil, ermənilərin reallaşdırdığı ən böyük cinayəti olduğunu, soyqırımı törədənlərin bir gün qanun qarşısında cavab verəcəklərini bildirib. Professor həmçinin Azərbaycan və türk gəncliyini birləşərək Xocalıda yaşananları dünyaya hayqaırmağa səsləyib.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun konsulu Xəyyam Daşdəmirov müstəqil və gündən-günə güclənən ölkəsinin keçdiyi şərəfli və əzablı yoldan danışıb. O vurğulayıb ki, Xocalı qətliamında əli olanların tarixin mühakiməsindən boyun qaçıra bilməyəcəkləri məlumdur və bunun əlamətləri artıq göz qabağındadır.

Uludağ Universitetində təhsil alan azərbaycanlı tələbə Solmaz İsmayılova isə Xocalıda ermənilərin törətdikləri cinayəti tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Sonda Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən fotolardan ibarət sərgi açılıb.(report)

Vüsalə Abbasova 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam