Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

ATƏT Parlament Assambleyasının sessiyası başlayır –Azərbaycan nümayəndə heyəti Berlinə gedib


Bu gün ATƏT Parlament Assambleyasının illik sessiyası işinə başlayır.

Yenixeber.org: Azərbaycan tərəfdən Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat təşkilatın illik sessiyasında iştirak etmək üçün Almaniyanın paytaxtı Berlinə səfər edib.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, millət vəkilləri Ülviyyə Ağayeva, Tahir Mirkişili, Elşad Həsənov və Kamran Nəbizadə daxildirlər.

Qurumun Daimi komitəsinin iclasında sessiyanın gündəliyi təsdiq olunacaq, xüsusi nümayəndələrin fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək, prosedur qaydalarına dəyişikliyin edilməsi barədə təkliflərə baxılacaq. Təşkilatın komitələrində hərbi-siyasi sahədə ATƏT-in öhdəlikləri, münaqişələrin həlli yolları, terrorizmlə mübarizə, iqlim dəyişiklikləri, münaqişələrin ətraf mühitə təsiri, rəqəmsal texnologiyaların inkişafı, fövqəladə hallarda insan haqları, qaçqın və miqrantların hüquqları və digər məsələlər müzakirə olunacaq.

Sessiyada “ATƏT çərçivəsində öhdəliklərin yerinə yetirilməsi: parlamentlərin rolu” mövzusu ətrafında müzakirələr aparılacaq. Tədbirdə Azərbaycan tərəfinin “Nəqliyyat şəbəkələrinin inkişafı, o cümlədən Qədim İpək Yolunun bərpası vasitəsilə ATƏT regionunda qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi” adlı qətnamə layihəsi təqdim ediləcək. Toplantıda, həmçinin, “Terrorizmin, ekstremizmin qarşısının alınması”, “ATƏT regionunda müharibə və nifrətin təbliğinə qarşı mübarizə”, “Gənclərin hərtərəfli inkişafı üçün imkanların yaradılması yolu ilə sülhün və təhlükəsizliyin təşviqi”, “Gender zorakılığı ilə mübarizə”, “ATƏT-in səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində öhdəliklərin təsdiq edilməsi” adlı qətnamələr və digər sənədlər qəbul ediləcək.

Nümayəndə heyətimizin üzvləri müzakirəyə təqdim olunacaq məsələlərlə bağlı çıxışlar edəcək, öz fikirlərini bölüşəcəklər.

Səfər iyulun 13-də başa çatacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam