Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

ATƏT PA-nın qış sessiyası öz işinə başlayır-Bu gün

 

Bu gün Avstriyada ATƏT Parlament Assambleyasının (PA) qış sessiyası öz işinə başlayır.

Yenixeber.org: Məlumata görə, fevralın 22-23-də Vyanada keçiriləcək toplantıda iqlim dəyişikliyi və onun qlobal fəsadlarının uzunmüddətli mübarizə strategiyasının hazırlanması, ATƏT məkanında silahlara nəzarətlə bağlı yaranan problemlər və silah yayılmasının qarşısının alınması, yanlış informasiyaların demokratiyaya təsirləri mövzusunda müzakirələr aparılacaq.

Qeyd edək ki, Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbizadə, Tahir Mirkişili, Elşad Həsənov və Ülviyyə Ağayeva ATƏT Parlament Assambleyasının Avstriyada keçiriləcək qış sessiyasının işində iştirak etmək üçün artıq fevralın 21-də bu ölkəyə səfərə gəliblər və fevralın 24-dək bu ölkədə səfərdə olacaqlar.

Trend-in məlumatına görə, Vyana şəhərində keçiriləcək sessiya çərçivəsində əvvəlcə deputatlarımız qurum rəhbərliyinin iştirakı ilə Daimi Komitənin iclasına qatılacaq, sonra isə təşkilatın Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, Siyasi məsələlər və təhlükəsizlik komitələrinin iclaslarında iştirak edəcəklər.

Deputatlarımız səfər çərçivəsində ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 2-ci iclasına da qatılacaqlar. Burada qurumun əsasnaməsinə əlavə və dəyişiklər ediləcək, Yunanıstan və Moldovanın təşkilat üzvlüyünə qəbuluna, İpək Yolunun bərpası təşəbbüsünü dəstəkləyən qətnamə layihəsinə, bu ilin martın 13-14-də Milli Məclislə qurumun birgə təşkilatçılığı ilə keçiriləcək "ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Bakı Konfransı"na dair məsələlər müzakirə olunacaq.

Deputatlarımız müzakirə edilən məsələlərlə bağlı öz fikirlərini açıqlayacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam