Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda avtobus istehsal olunacaq

 

Azərbaycanda avtobus istehsal olunacaq
"QAZ" avtomobil zavodunda yaxın gələcəkdə baza modellərindən əlavə, xüsusi təyinatlı avtomobillərin istehsalı, ikinci mərhələdə isə kiçik, orta və böyük ölçülü avtobusların istehsalını planlaşdırırıq.
 Yenixeber.org: Bunu "Azərmaş" İdarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında bildirib. 

E.Axundovun sözlərinə görə, istehsal olunan avtobuslar ölkə daxilində istifadə üçün nəzərdə tutulub. 

"Zavodda istehsal olunacaq avtomobillərin qiyməti və keyfiyyəti mühüm məsələdir. İkinci növbədə, avtomobillərin dizel və ya qazla işləməsidir. Avtomobillərin qazla işləməsi günün təlabatıdır. "QAZ" əhali üçün əvvəldən tanış olan brenddir, ona görə də onların istehsalı, isitismarı və təmiri çətinlik törətməyəcək". 

O, qeyd edib ki, zavodda xüsusi təyinatlı avtomobillərin istehsalı onların qısa zamanda əmələ gəlməsinə, maya dəyərinin ucuz və texniki göstəricilərin daha dəqiq olmasına səbəb olacaq. 



"Xüsusi təyinatlı avtomobillərin istehsalı və idxalı böyük problemdir. Çünki bu, zaman aparır, ölçünü, hər bir texnikanın dəqiqliyini istəyir. Azərbaycanda istehsala başlanılandan sonra "QAZ" markalı avtomobil 25 faiz ucuz başa gələcək. İl ərzində Azərbaycan bazarının tələbatı 1000 ədəd "Qazel" avtomovilləridir. Onun 50-60 faizi daxili bazarın təlabatını ödəmək üçün istehsal olunacaq". 

E.Axundov əlavə edib ki, zavodda istehsal olunan avtomobillərin Irana ixrac edilməsi iş bağlı danışıqlar aparılır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam