Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Hacıqabulda avtomobil zavodunun təməli qoyuldu - FOTOLAR

 

Hacıqabulda avtomobil zavodunun təməli qoyuldu - FOTOLAR
Bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.
Yenixeber.org: Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin və səfir Polad Bülbüloğlu iştirak ediblər. 



Bildirilib ki, zavodda kiçik tonnajlı avtomobillərin istehsalı nəzərdə tutulur. Sənayə məhəlləsində zavodun tikintisi 2020-ci ilin ortasında başa çatacaq. Dəyəri 14 milyon manat olan zavodun illik istehalı 1000 avtomobil təşkil edəcək. İlkin mərhələdə zavodda 100 nəfər işlə təmin olunacaq. Zavodda "Qazel", Qazel Biznes", "Qazel Next", xüsusi texnika maşın modellləri istehsal olunacaq 



Sonra nazirlər zavodda istehsal edilməsi nəzərdə tutulan avtomobil modelləri və Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar. 



Qeyd edək ki, ötən ilin aprel ayında Rusiyanın “QAZ” ASC və Azərbaycanın “Azərmaş” ASC arasında kiçiktonnajlı avtomobillərin Azərbaycanda yığılmasına dair uzunmüddətli əməkdaşlıq haqqında Memorandum imzalanıb, noyabr ayında isə avtomobil zavoduna Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib. Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır. 



Xatırladaq ki, hazırda Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” şirkəti birgə “Xəzər” avtomobillərini istehsal edir.(azvision) 











Aytən Zəhra 
Foto: Şahin Sərdarov
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam