Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

KTMT üzvü Belarus NATO-ya birgə iş təklifini belə verdi

 

 

Rusiya-NATO danışıqlar formatının mövcudluğu Belarusa da alyansla müəyyən ikitərəfli münasibətlər qurmağa imkan verir.

Yenixeber.org: Bunu Minskin NATO-ya Belarusda təlim keçirməyi təklif etməsi haqda danışan politoloq İlqar Vəlizadə deyib.

“Rusiya-NATO danışıqlar formatının mövcudluğu Belarusa da alyansla müəyyən ikitərəfli münasibətlər qurmağa imkan verir. Belarus-NATO formatı ölkələrin bir-birinin təcrübəsini öyrənməsi və hərbi əməliyyatlar zamanı risklərin minimuma endirilməsi baxımından önəmli rol oynaya bilər. Minskin təklifi Belarusla NATO arasında dialoqu saxlamaq məqsədi daşıyır”, - ekspert bildirib.

İ.Vəlizadə hesab edir ki, Rusiyanın bu məsələyə reaksiyası sərt olacaq:

“Çox güman ki, Minsk bu təklifi Moskva ilə razılaşdırmayıb. Belarus bununla müstəqil dövlət olduğunu və addımlarını sərbəst də ata bildiyini göstərmək istəyir. Ancaq bu, Moskva ilə Minsk arasında son vaxtlar yaşanan anlaşılmazlığın və regionda rəqabətin bir elementi olaraq Rusiyanın xoşuna gəlməyəcək”.

Politoloq ümumiyyətlə, Belarusun NATO-ya inteqrasiyasını tamamilə mümkünsüz sayıb:

“Belarus KTMT-nin üzvüdür və təşkilat çərçivəsində vahid müdafiə sistemi qurulub. Belarus qoşunlarının nizam-intizam sistemi və KTMT ilə texniki bağlılığı var. Bu şərtlər Minskin NATO-ya hər hansı bir inteqrasiyasını rədd edir. Belarus bunun üçün ilk növbədə KTMT-dən və Rusiya ilə sazişlərdən imtina etməlidir. Bu isə mümkünsüzdür”.

Qeyd edək ki, Belarus Xarici İşlər Nazirliyinin NATO-ya ölkədə təlim keçirməyi, eləcə də burada ABŞ mütəxəssislərinin yerləşdirilməsini təklif etdiyi bildirilir.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam