Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Qara cümə”də qara günə qalan mağazalar -Foto

 

Mağazaların məşhur “Qara cümə” endirim kampaniyası növbəti dəfə biabırçı görüntülərlə yadda qalıb.

Yenixeber.org: Həftənin cümə günündən başlayan və davam davam edən endirim kampaniyası AVM-lərdəki məşhur mağazalara baha başa gəlib.

Kampaniya münasibətilə mağazalar seçilmiş mallara 20, 50, 70 faizə qədər endirim tətbiq edib. Bu da mağazalarda sıxlığa və acınacaqlı vəziyyətə səbəb olub.

Endirim kampaniyasından yararlanmaq istəyən xanımlar almadıqları geyimləri rəflərə səliqəsiz formada qoyaraq gediblər. Hətta bəzi müştərilər hələ satışda olan geyimləri yerə atıb, vitrini dağıdıb, asılqanları yerə aşırıblar. Mağazalarda növünə görə yerləşdirilmiş bütün məhsullar bir-birinə qarışıb.

Geyimlərlə kobud rəftar edildiyi və yerə atıldığı üçün bir çoxu zərər görüb, hələ alınmamış yararsız vəziyyətə düşüb.

Endirim kampaniyasına qoşulan geyim mağazalarının demək olar ki, hamısında eyni hal yaşanıb. Mağazaların əksəriyyəti endirimdən sonra mağazada yaranmış vəziyyəti əks etdirən fotolar paylaşıblar. Görüntülərdən ildə bir dəfə tətbiq edilən bu endirim kampaniyasının mağazalara olduqca baha başa gəldiyi hiss olunur.

Qeyd edək ki, əsasən, ABŞ-da keçirilən “Qara cümə” adlanan bu endirim kampaniyası ildə bir dəfə 3 gün olmaqla təşkil edilir.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam