Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azərsun Holdinq”də kütləvi ixtisar - 100 nəfər...

Şirkətdə çalışan 100-ə yaxın işçi vəzifəsindən azad edilib.

Yenixeber.org: Azərbaycanın ən böyük özəl şirkətlərindən biri olan "Azərsun Holdinq" MMC-də ciddi ixtisarlar baş verib.

Şirkətin tabeçiliyində olan bir sıra layihələrin icrasına xitam verilib. Nəticədə şirkətdə çalışan 100-ə yaxın işçi vəzifəsindən azad edilib.

Məsələ ilə bağlı sorğuya cavab verən "Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov şirkətdə bir sıra layihələrin icrasının dayandırıldığını və işçilərin ixtisar olunduğunu təsdiqləyib:

""Azərsun Holdinq”ə məxsus istehsal müəssisələrində müasir avadanlıqların tətbiq edilməsindən və proseslərin avtomatlaşdırılmasından sonra bəzi vəzifələrdə çalışan insanların ixtisar edilməsi zərurəti yaranıb və həmin əməkdaşlar şirkətimizdən ayrılıblar. İşdən azad olunan işçilərin sayı isə 100-dən aşağıdır”.

Kadır dəyişikliyinə gəlincə A.Səfərov bu işin də icrası ölkə qanunvericiliyinin tələblərinə əsasən həyata keçirildiyini deyib: "Şirkətimizdə kadr siyasəti tam olaraq Azərbaycan qanunvericiliyinin tələblərinə əsasən həyata keçirilib. "Azərsun Holdinq” daxilində digər şirkətlərdə olduğu kimi müxtəlif kadr islahatları həyata keçirilir, lakin hələ ki, ictimaiyyət üçün maraqlı ola biləcək yeniliklər mövcud deyil. Belə bir hal olarsa bununla bağlı açıqlama veriləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam