Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistanda “Azərçay” satılır




       “Azərsun Holdinq” “Azərçay” məhsulunun Ermənistan bazarında satılmasına münasibət bildirib. 

      "Xeberinfo.com": “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək departamentinin müdiri Afiq Səfərov APA-ya bildirib ki, holdinqin istehsal etdiyi qida və ərzaq məhsulları nə Ermənistana, nə də ki ermənistanlı iş adamlarına satılıb.

     Ermənistan iqtisadiyyatının iflic, bərbad vəziyyətdə olduğunu deyən A. Səfərov əlavə edib ki, ermənilər “Azərsun Holdinq”in istehsal etdiyi qida və ərzaq məhsullarını Gürcüstandan alıb, daxili bazarda satırlar: “Ermənistanın apardığı işğalçılıq siyasəti bu ölkənin iqtisadiyyatını məhvə məhkum edib. Ermənistan iqtisadiyyatı və sənayesi tam təcrid olunmuş vəziyyətdədir. Faciəvi və bərbad durumda olan ermənilər istehlak ehtiyaclarını Gürcüstan bazarından təmin etmək məcburiyyətində qalıblar. Nəzərə alsaq ki, Gürcüstanın qida məhsullarının əsas təminatçılarından olan Azərbaycanı bu ölkədə təmsil edən “Azərsun Holdinq”dir, yaranmış vəziyyət anlaşılandır. Erməni mağazalarında satılan “Azərçay” Gürcüstan bazarından pərakəndə satışla məşğul olan gürcülərdən alınır. Artıq 5 ilə yaxındır ki, biz bu mənzərə ilə rastlaşırıq”. 

Qeyd edək ki, erməni mətbuatının yazdığına görə, bu ölkənin mağazalarında “Azərçay” məhsulu satılır.

Ermənistanın kənd təsərrüfatı nazirliyinin rəsmi nümayəndəsi Armine Sukiasyan Tert.am saytına bildirib ki, Azərbaycandan Ermənistana heç bir məhsul idxal olunmur.

“Bununla belə, biz istisna etmirik ki, bu məhsullar pərakəndə şəkildə başqa ölkələrdən gətirilir”, - deyə o bildirib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam