Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərsun Holdinq”də ixtisarlar: 40 nəfər işini itirdi

img1997212

“Azərsun Holdinq”in Xaçmaz rayonunda əsasən tərəvəz məhsullarının emalı ilə məşğul olan “Qafqaz Konserv Zavodu” MMC-də inzibati işçilərin ixtisarı keçirilib.

Xeberinfo.com:  Məlumata görə, müəssisə işçilərin optimallaşdırması zamanı 100 belə əməkdaşının təxminən 40 nəfərini işsiz qoymalı olub. Yanvarın 29-da onlar üçün müəssisədə sonuncu iş günü olub.

İşçilərə bildirilib ki, iş olacağı təqdirdə onlar muzdlu işçi kimi zavoda dəvət oluna bilərlər. Qeyd edək ki, muzdlu işçiyə gündəlik 9 manat əmək haqqı təklif edilir.
Məsələ ilə bağlı Holdinqin İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək Departamentinin müdiri Afiq Səfərov müəyyən müəssisələrdə ixtisarlar aparıldığını etiraf edib. A. Səfərov bildirib ki, hazırda ixtisarlar dayandırılıb.
“İxtisarlara səbəb müəyyən tikinti layihələrimizin dayandırılması oldu. Bir də mövsüm amili də öz təsirini göstərir. Bilirsiniz ki, hər mövsümdə meyvə-tərəvəz istehsal olunmadığı halda müəssisə əlavə işçi saxlamaq gücündə olmur. Amma təbii mövsümdə onlar bərpa olunacaqlar”, - deyə A. Səfərov qeyd edib.

Holdiqin departament müdiri əlavə edib ki, hazırda Sumqayıtda Azərsun-un yeni layihələrinin açılması istiqamətində iş gedir: “İxtisara düşən işçilərimizi də təkrar həmin müəssisələrdə işlə təmin etmək istəyirik. Bu istiqamətdə iş gedir. Ümumiyyətlə, ixtisar bizim şirkətdə 7-8%-lə ifadə olunur. Vaxtında tələbdan daha çox işçi götürmüşdük. Məsələn, yeni texnika alırdıq, amma sosial məsuliyyət baxımından işçini yenə də saxlayırdıq. Lakin son vaxtlar iqtisadi vəziyyət də çətinləşdiyindən müəyyən ixtisarlarımız oldu. Onların da bərpası istiqamətində yeni layihələrin üzərində iş gedir. Yaxın vaxtlarda yeni müəssisələrimiz olacaq və həmin müəssisələrimizə işsiz qalmış işçilərimizi bərpa etmək istiqamətində addımlar atılacaq”.

BAKU.WS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam