Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir-Ankarada

 

 

Ankarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb.

Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə Azərbaycan nümayəndə heyəti Ankara şəhərindəki Heydər Əliyev parkını ziyarət edib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından ulu öndərin abidəsi önünə əklil qoyulub. Nümayəndə heyəti həmçinin Atatürk mövzoleyini də ziyarət edib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından Atatürkün məzarı önünə əklil qoyulub.

Sonra nümayəndə heyətləri plenar açılış iclasında geniş tərkibdə iştirak ediblər. İclasda həmsədrlərin açılış nitqləri səsləndirilib və regional təhlükəsizlik mühitinin vəziyyətinə dair brifinqlər təqdim olunub.

Daha sonra iclas yardımçı işçi qruplarda davam edib.

Dekabrın 20-dək davam edəcək iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, hər iki ölkənin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri, eləcə də 2019-cu ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə ediləcək.
Hərbi dialoq çəçivəsində müzakirələrdə cari ildə görülmüş işlər təhlil edilərək 2019-cu il üçün fəaliyyət planı razılaşdırılacaq.

Qeyd edək ki, iclasın Azərbaycan tərəfindən həmsədri müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın ikinci rəisi, korpus generalı Mətin Gürakdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam