Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Qənirə PaşayevanınXƏSTƏLİYİ BİLİNDİ - Bacısı hər ŞEYİ AÇIQLADI

 

Qənirə Paşayevanın XƏSTƏLİYİ BİLİNDİ - Bacısı hər ŞEYİ AÇIQLADI

Türkiyədə əməliyyat edilən millət vəkili Qənirə Paşayevanın hansı xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

Yenixeber.org: Bu barədə bacısı Kəmalə Paşayeva sosial şəbəkə hesabında paylaşıb.

Onun sözlərinə görə, Qənirə Paşayeva Karpal Tunel sindromundan əziyyət çəkdiyi üçün əməliyyat edilib.

“Çox dəyərli dostlar, hər birinizə Qənirə xanımın əməliyyat olunmağı ilə bağlı keçirdirdiyiniz narahatlıqdan və göstərdiyiniz böyük diqqətdən dolayı ailəm və öz adımdan dərin minnətdarlığımı bildirirəm. Bu gün dünyanın bir çox yerindən sonsuz sayda telefon ve mesajlar qəbul ettim.

Bir çoxuna məlum vəziyyətdən cavab verə bilmədimsə, üzr istəyirəm. Sizin narahatlığınız və diqqətinizi böyük sevgi əlaməti olaraq dəyərləndiririk. Məlumat üçün bildirirəm ki, Qənirə xanim qollarında meydana gələn Karpal Tünel naratlığı səbəbi ilə əməliyyat olunub. Hazırda hər şey yaxşıdır. Özünü yaxşı hiss edir. Memorial Şişli Xəstaxanasının dəyərli həkim kollektivinə və Sizlərə bir daha təşəkkür edirik”.

Qeyd edək ki, Karpal Tunel sindromu bilək nahiyyəsində sinirlərin sıxışması səbəbli meydana çıxan əlamətlərdir. Bu zaman ələ və əl barmaqlarına gələn sinirlər sıxıldığına görə əl barmaqlarında hissiyyat və hərəkət məhdudlaşır. Əl barmaqlarının hərəkət etdirən median siniri, 9 şaxəsi ilə birlikdə karpal boşluğundan keçir. Bu sinirin vəzifəsi baş barmaq, işarət barmaq və orta barmağın hərəkət və fəaliyyətini bərpa etməkdən ibarətdir. Bu sinir səbəbli həmin barmaqların hissetmə qabiliyyəti olur və barmaqlar istənilən hərəkəti edə bilir. Amma bu sinir karpal boşluqdan keçdiyi zaman sıxıldıqda sinirlərin hissi və hərəki fəaliyyətində patologiyalar meydana çıxır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam