Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tehrandan dünya müsəlmanlarına çağırış: “ABŞ-a qarşı birləşin!” 

 

Tehrandan dünya müsəlmanlarına çağırış: “ABŞ-a qarşı birləşin!”
İran prezidenti Həsən Ruhani dünya müsəlmanlarını “cinayətkarlar üçün qırmızı xalça sərmək” əvəzinə, ABŞ-a qarşı birləşməyə çağırıb. 
Yenixeber.org: “Reuters” xəbər verir ki, bu barədə Ruhani Tehranda keçirilən “İslam Birliyi” beynəlxalq konfransında çıxışı zamanı deyib. 
“Amerikanın başçılıq etdiyi Qərbə tabe olmaq dinimizə və bu regionun gələcək nəsillərinə qarşı xəyanət olar... Bizim seçimimiz var: ya cinayətkarların ayağı altına qırmızı xalça səririk, ya da ədalətsizliyə qarşı qətiyyətlə dayanıb Peyğəmbərimizə, Quranımıza və İslam dinimizə sadiq qalırıq” – deyə, Ruhani Səudiyyə Ərəbistanı və ABŞ-la sıx əlaqələrə malik digər körfəz ölkələrinə eyham edib. 

“Biz Səudiyyə əhalisinin terrorizm, təcavüz və super güclərə qarşı maraqlarını müdafiə etməyə hazırıq və bunun üçün biz 450 milyard dollar (Səudiyyə hökumətinin ABŞ-la yeni silah razılaşmalarının ümumi məbləği) istəmirik” – İran prezidenti bəyan edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam