Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Argentinada G20 sammitinin təhlükəsizliyini22 min polis qoruyacaq

Argentina hakimiyyəti hüquq-mühafizə orqanlarının 22 min əməkdaşını İyirmilər Qrupu (G20) liderlərinin Buenos-Ayresdə keçiriləcək sammitinin təhlükəsizliyinin təmin olunmasına cəlb edəcək.

Yenixeber.org: TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriç bildirib. Onun sözlərinə görə, nazirliyin daha 700 əməkdaşı təhlükəsizliyin təminatı məsələləri ilə məşğul olacaq.

Ölkənin nəqliyyat naziri Gilyermo Detriç isə öz növbəsində sammitin keçiriləcəyi günlərdə ölkənin paytaxtı Buenos-Ayresin mərkəzinə yaxın ərazidə yerləşən Xorxe Nyuberi adına aeroportun kommersiya reysləri üçün bağlanacağını, şəhərdə bütün qatar reyslərinin ləğv olunacağını, limanın, həmçinin metronun fəaliyyət göstərməyəcəyini bildirib.

Qeyd edək ki, G20 ölkələri liderlərinin sammiti noyabrın 30-dan dekabrın 1-dək Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam