Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Güləşçimiz Olimpiya çempionu oldu

    

Güləşçimiz Olimpiya çempionu oldu
Argetinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarına yekun vurulub.
Yenixeber.org: Azərbaycan Güləş Federassiyasından  verilən məlumata görə, sərbəst güləşçimiz Turan Bayramov (65 kq) mübarizəyə A qrupunda start verib. Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisini elə ilk hissədə çətinlik çəkmədən məğlub edib. 

Bayramov Pakistan güləşçisinə də rahat qalib gəlib və A qrupunda 1-ci yeri tutub. Beləliklə, Turan Olimpiadanın finalına vəsiqə qazanıb. Həmyerlimiz finalda B qrupunun qalibi olan iranlı pəhləvanla qarşılaşıb. Dünya çempionatının yarımfinalında 8:2 hesabıyla qalib gəldiyi güləşçiylə Olimpiadanın həlledici görüşündə üz-üzə gələn Bayramov ilk hissəni 4:0 hesabıyla öndə bitirib. İkinci hissədə də təşəbbüsü əldən verməyən Turan olimpiya çempionu olub.

A qrupu

Turan Bayramov - Tahi Pehi Eynsli Uesterli (NZL) 10:0
Turan Bayramov - İnayət Ullah (PAK) 8:0

FİNAL - Turan Bayramov - Məhəmməd Baqi Kərimiseyfabad (İRİ) 6:1

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam