Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Tamerlan Qarayev İsa Qəmbərə şərt qoyub, dəstəklədi”

"2003-cü il prezident seçkilərində Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının 5-ci başqanı İsa Qəmbərin qarşısına şərt qoyub dəstəklədi”.
Yenixeber.org: Bu sözləri strateq.az-a müsahibəsində Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. 
O bildirib ki, T.Qarayev İ.Qəmbər qarşısında prezident seçiləcəyi halda Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin olunacağı şərtini qoydu: "2003-cü ilin fevral ayında "Tərəkəmə” restoranında Ramiz Rövşən, Kamilvəli Nərmanoğlu, Seyran Səxavət, Tamerlan Qarayev, İsa Qəmbər və digər şəxlərin iştirakı ilə görüş keçirildi. Tamerlan Qarayev və mən İsa Qəmbəri dəstəkləmirdik. Onun yanında dedim ki, sizdən prezident olmayacaq. İsa bəy isə israrla dedi ki, mən prezident olacam. Bildirdim ki, İsa bəy siz prezident seçilməsəniz nə olacaq? Dedi ki, prezident olmasam 2004-cü ildən səni müdafiə edəcəm və siyasətdən isə çəkiləcəm. Məndə İsa bəyin bu fikrindən sonra Tamerlan bəydən xahiş etdim ki, sizdə onu dəstəkləyin. O isə yox dedi, bunu yalnız şərt əsasında edə biləcəyini açıqladı. Bildirdi ki, İsa bəy siz prezident seçiləcəyiniz halda mən də Konstitusiya Məhkəməsinin sədri olmaq istəyirəm. İsa bəy cavabında vurğuladı ki, hakimiyətə gəlsə Tamerlan Qarayevi Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin edəcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam