Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əli Kərimli ilə Cəmil Həsənlidən İsa Qəmbərə növbəti "boykot"

 

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında müxalif yönümlü siyasi partiya rəhbərlərinin iştirakı ilə bəzi QHT təmsilçilərinin həbsi ilə bağlı tədbir keçirilib.

   "Xeberinfo.com": APA-nın məlumatına görə, KXCP sədri Mirmahmud Mirəlioğlu qeyd edib ki, tədbirə digər siyasi partiyaların rəhbərləri də digər dəvət olunsalar da, qeyri-müəyyən səbəblərdən gəlməyiblər: “Ancaq kim gələr, kim gəlməz, öz işidir. Bura universitet auditoriyası deyil ki, gəlməyənə qaib yazaq”. 

P. Hüseyn isə qeyd edib ki, tədbirə qatılması ilə bağlı AXCP sədri Əli Kərimli ilə danışıb: “Mən ona bildirdim ki, hüquq müdafiəçilərinin həbsi ilə bağlı tədbir keçiririk. O mənə dedi ki, bunları sonra müzakirə edərik, ancaq gəlib-gəlməyəcəyi barədə bir söz demədi”. 

Ə. Kərimlidən başqa, Milli Şuranın sədri Cəmil Həsənli də toplantıya qatılmayıb. 

Qeyd edək ki, toplantıda Müsavat başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, Ümid Partiyasının sədri İqbal Ağazadə, VİP sədri Əli Əliyev, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Azadlıq Partiyasının sədri Əhməd Oruc, VAMBP sədri hacıbaba Əzimov, İslam və digər partiyaların nümayəndələri iştirak ediblər. 

Xatırladaq ki, tədbir İ. Qəmbərin təşəbbüsü, M. Mirəlioğlunun təşkilatçılığı ilə keçirilib. 

Ə. Kərimli və C. Həsənli bundan əvvəl də eyni mövzuda keçirilmiş tədbirə qatılmamışdılar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam