Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Trampı hakimiyyətdən atmaq istəyən məmurlar -SİYAHI

 

Trampı hakimiyyətdən atmaq istəyən məmurlar - SİYAHI

ABŞ-ın "New York Times" nəşrində prezident Donald Trampın düzgün siyasət aparmadığına, Ağ Evdə ikiqollu hakimiyyətin olduğuna dair ittihamlarla dolu müəllifsiz məqalənin dərc edilməsi rəsmi Vaşinqtonu bir-birinə qatıb. Hər kəs məqalə müəllifinin kimliyini axtarır.

Yenixeber.org: Vaşinqton Tramp haqqında irəli sürülən ittihamların əsassız olduğunu, qarayaxma kampaniyasından başqa bir şey olmadığını dilə gətirib. Məqalədə "Trampın ölkə üçün təhlükəli ola biləcək qərarlar almasının qarşısı alınmalıdır" deyə, fikirlər yer alır:

"Tramp rəhbərliyindən bir çox nazir və yüksək vəzifə səlahiyyəti olan şəxslər də mənimlə həmfikirdir. Mən də onlardan biri olduğum üçün prosesləri bilirəm. Trampın vəzifə səlahiyyətlərini düzgün yerinə yetirə bilməməsi konstitusiyada qeyd olunan bir çox maddələrlə isbat edilə bilər. Lakin son anda bu fikirdən geri döndük".

Məqalənin kim tərəfindən yazıldığına dair sualın cavabı isə uzun bir siyahıdır. Şübhəlilər içərisində ilk yerdə ABŞ prezidentinin köməkçisi Maykl Pens dayanır. M.Pens bu barədə ittihamlara aydınlıq gətirmək üçün verdiyi açıqlamada bunun uydurma, məntiqsiz və qorxaqca bir yalan olduğunu deyib.

Xarici işlər naziri Maykl Pompeo da açıqama verərək, məqalənin yazan şəxsi çox pis aktyor adlandırıb və bəyənmədiyi hakimiyyətdə qalmaqdansa, istefa verməyə səsləyib.

"Nyu York Times" nəşrində imzasız yayımlanan məqalədə şübhəli bilinən və "biz yazmamışıq" deyə açıqlama verən ABŞ rəsmilərinin siyahısı:

Müdafiə naziri Ceyms Mattis
Xarici işlər naziri Mike Pompeo
Milli təhlükəsizlik rəhbəri Dan Koats
Xəzinə naziri Stiven Mnuçin
ABŞ daxili təhlkəsizlik naziri Kirstjen Nielsen
ABŞ-ın Tikinti və Şəhərsalma naziri Ben Karson
ABŞ ədliyyə naziri Cef Sessions
ABŞ-ın BMT-dəki səfiri Nikki Haley
Ağ Ev Büdcə və İdarəçilik Ofisinin direktoru Miket Mulvaney
Sosial Müdafiə naziri Aleks Acosta
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspelin
Enerji naziri Rick Perri
ABŞ prezidentinin müşaviri Kellyanne Conway
Ətraf mühitin Mühafizəsi Agentliyinin rəhbəri Endryu Viler
Kənd təsərrüfatı Naziri Sonni Perdyu
Kiçik Müəssisələr İdarə Rəhbəri Linda Makmahon
Səhiyyə Naziri Aleks Azar
Nəqliyyat Naziri Elayn Lan Çao
Ticarət Naziri Vilbur Ross
Veteranlarla iş Naziri Robert Vilke

Məqalə müəllifi iddia edir ki, Tramp rəhbərliyi ölkənin parçalanmasına çalışır:

"Tramp gedənə və ya vəzifədən azad olunana qədər ölkə üçün pis nəticələr verəcək qərarlarına səssiz-səmirsiz mane olmaq üçün çalışacaqlarını deyib. Bilirəm, çünki mən də onlardan biriyəm. Daha açıq olmaq lazım gələrsə, bizimki soldan çıxan bir müqavimət deyil. Biz hakimiyyətin uğurlu olmasını istəyirik. Bir Respublikaçı kimi seçilmiş olsa da, Donald Tramp mühafizəkarların mənimsədiyi azad ağıl, sərbəst bazar və azad xalq ideyalarına yaxınlıq göstərmir".(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam