Redaktor seçimi
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
Günün xəbəri

Komitə 1 milyonluq torpaq cəriməsi yazıb

    

Komitə 1 milyonluq torpaq cəriməsi yazıb
2018-ci il yanvarın 1-nə olan son torpaq balansına görə, Azərbaycan Respublikasının vahid torpaq fondu 8 milyon 655 min 481 hektar təşkil edir. Bundan 4 925 584 hektarı (56,91%) dövlət mülkiyyətində, 2 027 573 hektarı (23,42%) bələdiyyə mülkiyyətində, 1 702 324 hektarı isə (19,67%) xüsusi mülkiyyətdə olan torpaqlardır.
Yenixeber.org: Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) istinadən xəbər verir ki, bunu qurum yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət agentliyinin direktoru Mohuma Heraçiyev bildirib. Onun sözlərinə görə, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycanın vahid torpaq fondu 7 kateqoriyaya bölünür. Ən böyük torpaqlar kənd təsərrüfatı təyinatlı torpaqlardır. Bu, ümumi fondun 58,54%-ni vəya 5 milyon 66 min 761 hektarını təkil edir. 

Dövlət agentliyinin direktoru bildirib ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti müfəttişlərimiz tərəfindən gündəlik monitorinqlər aparılmaqla həyata keçirilir. Pozuntu halları aşkar olunduqda qarşısının alınması üçün ilk növbədə, xəbərdarlıq edilir. Əgər pozuntu halı aradan qaldırılmadıqda isə inzibati protokol yazılaraq cərimə tətbiq edilir. 

"Torpaqların özbaşına hasarlanması və ya zəbt olunması halları müəyyən edildikdə isə cinayət əməlinin əlamətləri mövcudluğu təsdiq olunduqda sənədlər hüquq mühafizə orqanlarına təqdim olunur. Torpaqlara nəzarət təkcə monitorinqlər yolu ilə aparılmır. Bildiyiniz kimi, ölkəmizdə torpaqların elektron kadastr uçotu sistemi yaradılır. Həmin işlərin tamamlandığı ŞəkiAğsuSalyan və digər rayonlarda kənd təsərrüfatı təyinatlı torpaqlarda müəyyən olunmuş qeyri-qanuni tikinti işləri, təyinat dəyişmə, torpağın korlanması və digər pozuntu halları barədə elektron məlumatlar əsasında tədbirlər görülür. Hazırki dövrədək müfəttişlər tərəfindən 2746 inzibati protokol tərtib edilərək 1,7 milyon manat cərimə tətbiq edilmiş, 930 halda sənədlər hüquq mühafizə orqana orqanına təqdim olunub".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam