Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

36 dərəcə isti olacaq***Sabah

    

Sabah 36 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 28-32° isti olacaq.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturunun 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26° isti olacağı gözlənilir. Çimərliklərdə şimal-şərq küləyi əsəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 7-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin axşama doğru bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı bildirilir. Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti olacağı ehtimal edilir.

Yuxarı Qarabağ: Xankəndi, ŞuşaXocalıXocavəndQubadlı, ZəngilanLaçınKəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 10-15°, gündüz 18-23° isti olacaq.

Qazax, Gəncə, GoranboyTərtərAğdamFüzuliCəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 16-20°, gündüz 28-33° isti olacağı gözlənilir.

BalakənZaqatalaQaxŞəkiOğuzQəbələİsmayıllıAğsuŞamaxıSiyəzənŞabranXızıQubaXaçmazQusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturunun gecə 13-18°, gündüz 23-28° isti, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacağı proqnozlaşdırılır. 

Mərkəzi Aran: Mingəçevir, YevlaxGöyçayAğdaşKürdəmirİmişliAğcabədiBeyləqanSabirabadBiləsuvarSaatlı, Şirvan, HacıqabulSalyanNeftçala rayonlarında havayağmursuz keçəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti olacağı bildirilir.

MasallıYardımlıLerikLənkəranAstara rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturunun gecə 20-23°, gündüz 28-33° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir. Respublikanın bölgələrində şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam