Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Nizami Gəncəvinin heykəli yandırıldı

 

Dünən gecə Dərbənddə Nizami Gəncəvinin heykəlini yandırmağa cəhd ediblər.

 "Xeberinfo.com":  Məlumata görə, sakinlər hələlik heykəlin yandırılmasına kim tərəfindən cəhd edildiyinin bəlli olmadığını bildiriblər. Təmir işləri ilə əlaqədar olan üzəri ağ örtüklə bağlanmış heykəlin məhz aşağı hissələrində ocaq izləri aşkar edilib. Onun üzərindəki ağ örtük tamamilə yanıb.

 

Soydaşlarımız hər şeydə Dərbəndin rəhbəri İmam Yaraliyevi günahkar sayırlar. Onun məşhur şairin abidəsinin qorunması ilə bağlı heç bir addım atmadığından şikayətçidirlər. Üstəlik məhz Yaraliyev azərbaycanlı şairin abidəsinə edilən bu cür vəhşiliyə qarşı heç bir reaksiya verməyib.

 

Dərbənddəki mənbə Yaraliyevin şəhərdə ləzgi millətçilərini müdafiə etdiyini və hətta buna istənilən dəstəyi verdiyini bildirib. Maraqlı digər məqam isə Dərbənd hakiminin ləzgi şairi olan Süleyman Stalskinin heykəlinin tikilməsi üçün öz şəxsi büdcəsindən 9 milyon rubl ayırmasıdır.

 

Sakinlər artıq işə müdaxilənin edilməməsinin əsas məqsədinin ləzgilərlə azərbaycanlıların münasibətlərinin qızışdırılması olduğunu bildirirlər. Onlar Nizaminin heykəlinin artıq son hədd olduğunu və yaxın müddətdə buna görə mitinqə qalxacaqlarını deyirlər.

 

Qeyd edək ki, bundan öncə də Dərbənddəki Nizami heykəlinə hücum olmuşdu. Bu dəfə cinayətkarlar heykəlin üzərinə qırmızı rəng atıb bir barmağını da qırmışdılar. Nizaminin heykəli yanaşı, bir neçə ay öncə Dərbənddə əslən azərbaycanlı olan Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin büstü sökülmüş və zibilliyə atılmışdı. Yalnız çoxsaylı şikayətlərdən sonra Dərbənd rəhbərliyi bu büstü bərpa etmişdi.

 

Ən son hadisə isə soydaşlarımızın dini heysiyyatına toxunmaq oldu. Belə ki, bu dəfə insanların əsas ziyarətgah yeri olan Mir Qafar Ağanın qəbri dağıdıldı. Şəhərin qədim və yerli sakinləri olan azərbaycanlılar bu işdə də Yaraliyev və “Sadval”çılardan, o cümlədən vəhhabilərdən şübhələnirlər.

 

Axar.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam