Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Alman Məhkəməsi Ərdoğana yenə “yox” dedi

Xeberinfo.com:   Türkiyə mətbuatına istinadən xəbərə görə, Almaniyanın məşhur media orqanı Aksel Springerin idarəçisi Matias Döpfnere qarşı qaldırdığı məhkəmə iddiasının rədd edilməsi üzərinə bir üst məhkəməyə gedən prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciəti yenə də rədd edilib.

Prezident Ərdoğan, oxuduğu təhqirli şeirlə özünə təhqir edən komediyaçı Jan Böhmermanna yazdığı məktubla açıq dəstək verən və şeirdə iştirak edən sözlərə qatıldığını ifadə edən Matias Döpfnere qarşı Köln Məhkəməsində ehtiyat tədbir iddiası qaldırmış, mövzunu görüşən məhkəmə, Döpfnerin şərhlərini ifadə azadlığı çərçivəsində qiymətləndirərək iddianı rədd etmişdi.

Ərdoğanın etirazı bir dəfə daha rədd edildi

İddianın rədd edilməsi üzərinə prezidenti Ərdoğanın vəkili Ralf Hocker, müvəkkilinin Köln Əyalət Yüksək Məhkəməsinə etiraz haqqını istifadə edəcəyini söyləyib. Bu gün məhkəmədən edilən şərhdə prezidenti Ərdoğanın etirazının rədd edildiyi bildirildi.

Matias Döpfner, Böhmermanna verdiyi dəstək səbəbiylə özünə qarşı açılan iddia haqqında etdiyi şərhdə peşmanlıq duymadığını, ifadə və məktubda yazdığı hər şeyin arxasında olduğunu söyləmişdi.

Almaniyanın ən böyük nəşriyyatları arasında olan Aksel Springerin bünyəsində, ölkənin ən çox satan qəzeti Bild və Die Welt qəzetləri də var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam