Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Sarkisyan istintaqa cəlb edilir –RƏSMİ

 

Sarkisyan istintaqa cəlb edilir – RƏSMİ
2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ölkənin üçüncü prezidenti olmuş Serj Sarkisyan da istintaqa cəlb olunaraq dindiriləcək.
Yenixeber.org: Bu barədə Ermənistan Xüsusi istintaq Xidmətinin rəisi Sasun Xaçatryan hökumətin bu gün keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

“Bu işlə əlaqəsi olan hər bir kəs istisnasız şəkildə dindiriləcək. Bəli, eləcə də SerjSarkisyan da dindiriləcək”, – deyə Xaçatryan vurğulayıb. O, əlavə edib ki, dindirilmə prosesinin effektiv olması üçün kimin nə zaman və harada ifadəsinin alınacağı ilə bağlı müstəntiq qərar verəcək.

Xatırladaq ki, müvafiq cinayət işi çərçivəsində Ermənistanın ikinci prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Makael Arutyunyan və KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturova qarşı ittiham irəli sürülüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam