Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyanın 102 saylı bazası Ermənistanda xəbər saytını maliyyələşdirirmiş

 

 

Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası erməni xəbər saytını maliyyələşdirirmiş.

Yenixeber.org: Rusiya KİV-ləri xəbər verir ki, bu barədə Ermənistanın Gənclərin “Zorakn” Elmi-Maarifləndirici Fondunun hesabatında bildirilib.

Bildirilib ki, “azdarar.am” adlı saytda rəsmi olaraq, bu media qurumuna aid “Razm.info” adlı hərbiyönlü xəbərlər yayan portal qonşu dövlətlərin elektron KİV-ində yayılan materialların icmalını hazırlaması qarşılığında 2016-cı ildə 100 min rubl (1600 dollara yaxın) pul alıb. “Forrights.am” da çap olunan məqalədə isə bildirilib ki, “razm.info” portalı Rusiyanın Ermənistandakı hərbi bazası ilə əməkdaşlıq edirmiş.

Həmin yazıda vurğulanıb ki, bu portal Rusiyanın hərbi bazasının maraqlarına xidmət edirmiş. Portal xəbərlərində davamlı olaraq, Türkiyə və Azərbaycanı “düşmən” adlandırırmış. “Forrights.am”dakı məqalədə bildirilib ki, Ermənistandakı peşəkar KİV Türkiyə və Azərbaycanı “rəqib” adlandırırlar.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam