Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Rusiya Ermənistana çoxsaylı qırıcılar və vertolyotlar cəmləşdirir

teyyare qiriciRusiya Ermənistandakı Erebuni aviabazasına yeni nəsil qırıcılar və hərbi-nəqliyyat vertolyotları göndərib.

Xeberinfo.com:   “İnterfaks” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bunu Ermənistandakı hərbi bazaların gücləndirilməsi çərçivəsində həyata keçirdiyini bildirir.

Cənub Hərbi Dairəsinin mətbuat xidməti bildirib ki, Ermənistandakı aviabazaya yeni nəsil MiQ-29 və MiQ-29S qırıcıları, habelə Mi-8MT nəqliyyat vertolyotları göndərilib. Planlaşdırılır ki, Erebuni aviabazasındakı kontingent bundan sonra da yeni nəsil vertolyotlar və təyyarələrlə gücləndiriləcək.

Ötən ilin dekabrında da Rusiya Ermənistandakı aviabazaya Su-30 qırıcıları və müxtəlif təyinatlı hərbi vertolyotlar yerləşdirmişdi. Bu, Rusiyanın Türkiyə ilə münasibətlərinin kəskinləşməsi fonunda baş verir. Ötən ilin sonlarında Rusiya qaynaqları xəbər vermişdi ki, prezident Vladimir Putin Cənub Hərbi Dairəsinin komandanlığına Ermənistanın Türkiyə ilə sərhədləri boyu ən yeni reaktiv sistemlər və radioelektron kəşfiyyat vasitələri, canlı qüvvə və zirehli texnikanın yerləşdirilməsini təmin etmək barədə əmr verib.

Rusiya hərbi ekspertləri qeyd edirlər ki, Kreml “Türkiyə və Azərbaycanın aqressiv davranışları nəticəsində Ermənistanın təhlükədə olduğunu” hesab edir. Xatırladaq ki, bundan əvvəl Rusiyanın Ermənistana “Smerç” reaktiv yaylım atəşi sistemləri, TOS-1A ağır odsaçanları, tanklar və digər silahlar verəcəyi açıqlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam