Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Düşmənin müharibə qorxusu -Erməni general etiraf etdi

Düşmənin müharibə qorxusu - Erməni general etiraf etdi
“Azərbaycan hərbi heyətini mütəmadi olaraq çalışdırır, irimiqyaslı təlimlər keçirir və strategiya hazırlayır. Bütün bunlar ondan xəbər verir ki, biz istənilən prosesə hazır olmalıyıq”.
Yenixeber.org: Bunu işğal altında olan Qarabağda yaradılan qondarma qurumun “müdafiə naziri” Levon Mnaçakanyan “Hetq.am” saytına açıqlamasında deyib. O, bildirib ki, rəsmi Bakı ictimaiyyəti müharibəyə hazırlayır.

Bakıda Türkiyə hərbçilərinin iştirakı ilə böyük hərbi parad keçirilib. Azərbaycanda keçirilən hərbi paradda Türkiyə hərbçilərinin iştirakı rəsmi Moskva və Tehran üçün mesaj olmalıdır. Türkiyə-Azərbaycan arasında mövcud iqtisadi, logistika, enerji bloku artıq hərbi tandemə çevrilir. Türkiyənin hərbi ekspansiyası Xəzər dənizinə qədər çatıb. Ən əsası isə artıq Azərbaycan Belarus istehsalı olan “Polonez” raket kompleksi və İsraildən “LORA” raketləri alıb. Bundan başqa Azərbaycan PUA-lar da istehsal etməyə başlayıb. Bu, o deməkdir ki, Qarabağda yeni müharibə hərbi-texniki baxımından əvvəlkindən fərqli olacaq - bu, “smart war” olacaq. Rəsmi Bakıcanlı qüvvənin qorunmasına və yeni hərbi texnikanın istifadəsinə diqqət yönəldəcək”, - deyə separatçı "nazir" qorxusunu gizlətməyib.



Mnaçakanyan, həmçinin etiraf edib ki, Azərbaycan ordusu ən yeni hərbi texnika ilə təchiz edilib: “Bu isə o deməkdir ki, bu gün başlayacaq münaqişəyə cavab vermək üçün günlər deyil, saatlar lazım olacaq. Rəsmi Bakı aprel müharibəsi zamanı erməni tərəfini əsas mərkəzdən diqqətini yayındırmaq üçün müxtəlif istiqamətlərdən hücum edib. Azərbaycan Xankəndinin bir neçə on kilometrliyində yerləşən Ağdam istiqamətində böyük qüvvələr toplayıb. Bu, tank nüfuzu baxımından təhlükəli istiqamət sayılır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam