Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əsrin güc nümayişi:Azərbaycan və Türkiyədən möhtəşəm “performans”

 Sabah Bakıda müstəqillik dönəminin ən böyük paradı keçiriləcək; “Türk şahinləri” paytaxt səmasında süzəcək, 100 ildə ilk dəfə Türkiyə hərbçiləri Azadlıq meydanında keçid edəcək; dünya Bakıdan son Qarabağ mesajını alacaq; nəzərlər Azərbaycanda... 

Yenixeber.org: Sabah paytaxtımızda Azərbaycan Silahlı Qüvvələrinin, o cümlədən Xəzər Hərbi Donanmasının möhtəşəm paradı keçiriləcək. Budəfəki tədbirlə bağlı çox ciddi hazırlıq işi görülüb və iyunun 26-da onun yekununu Azərbaycan xalqı ilə yanaşı, dost-düşmənlərimiz və təbii ki, işğalçı Ermənistan da görəcək.
Paradda Türkiyədən qırıcıların - “Türk şahinləri”nin də iştirakı gözlənilir. Bundan əlavə, 100 ildə ilk dəfə (!) Türkiyə hərbçiləri paradda keçid edəcəklər. Bu, iki qardaş ölkənin dostluq və müttəfiqliyinin əbədiliyini, yenilməzliyini simvolizə eləməklə yanaşı, dünyadakı antitürk çevrələrə Azərbaycanın tək olmadığının aydın mesajı olacaq (İlk dəfə 100 il öncə - 1918-ci ilin sentyabr ayında, Bakı bolşevik-daşnak qüvvələrindən azad ediləndən sonra keçirilən hərbi paradda Osmanlı hərbçiləri iştirak ediblər), faktiki, həm də iki qardaş dövlətin ortaq güc nümayişi olacaq.
*****
“Yeni Müsavat” xatırladır ki, Bakıda öncəki hərbi parad 5 il öncə - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyi ilə əlaqədar keçirilib (Müstəqillik dövründə cəmi 4 hərbi parad olub). Azadlıq meydanındakı sonuncu paradda 5 min əsgər, 300-dən çox hərbi texnika və silah, 100-dən çox hərbi hava aparatı və helikopter və 40-a yaxın gəmi və qayıqlar nümayiş etdirilmişdi. O cümlədən ilk dəfə olaraq, yerli istehsal olan pilotsuz qırıcı təyyarə, zenit raket sistemləri, minaatan sistemlər və “U” zenit-raket kompleksləri göstərilmişdi.
Sabahkı parad əvvəlkilərdən fərqli olaraq, heç sübhisiz ki, Azərbaycanın xeyli dərəcədə böyümüş hərbi arsenalının və qüdrətinin göstəricisi olacaq və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunduğu üçün ən möhtəşəm güc nümayişi kimi tarixə öz damğasını basacaq.

Sabah Azərbaycan öz hərbi parkındakı ən müasir döyüş maşınları və silah sistemlərini parada çıxarmaqla işğalçı Ermənistan üzərində əzici hərbi üstünlüyə nümayiş etdirmiş olacaq. İşğalçı ölkə Azərbaycanla silahlanma yarışında heç vaxt rəqabət aparmaq imkanında ola bilməyəcəyinə, ordumuzun istənilən an öz ərazilərini qısa zamanda işğaldan azad etməyə qadir olduğuna əminlik hasil edəcək. Paradın əsas əhəmiyyəti də bundan ibarətdir - “əsrin güc nümayişi”.
*****
“Azərbaycanın Silahlı Qüvvələri üçün yeni dağıdıcı silahlar alınıb”. Bunu parad ərəfəsi müdafiə naziri Zakir Həsənov deyib. O, habelə bütün döyüş maşınlarının yeniləndiyini söyləyib: “Yeni tanklar, yeni piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Bütün bu texnikalar iyunun 26-da keçiriləcək hərbi paradda nümayiş etdiriləcək”.
Həsənov həmçinin, bu gün ordumuzun ən müasir texnikalarla idarə olunduğunu vurğulayaraq deyib ki, hazırda Azərbaycan ən müasir, uzaq vuran raket və artilleriya sistemlərinə malikdir. Bu raketlər düşmənin istənilən yerüstü və hava hədəfini məhv etməyə qadirdir. Onlar da paradda nümayiş etdiriləcək.
“İyunun 26-da raket hücumu əleyhinə qalxan sistemi də nümayiş etdiriləcək”. Bunu da hərbi nazirimiz söyləyib. “Çoxları deyir ki, Azərbaycanda belə sistemlər ola bilməz. Ancaq paradda görəcəksiniz ki, onlar nədir. Bu yalnız alınan yeni silahların bir qismidir”, - deyə o, bildirib. Müdafiə naziri konkret hansı qalxan sistemindən söhbət getdiyini dəqiqləşdirməyib. Şübhə yox ki, söhbət İsrail istehsallı “Dəmir günbəz” raketdən (havadan) müdafiə sistemlərindən gedir. Hansı sistemlər ki, yüksək dəqiqliyi ilə seçilir.

Hərbi ekspert Üzeyir Cəfərov paradın əhəmiyyətinin hər mənada çox böyük olduğunu  deyir: “Sürprizlər olacaq. Nümayiş etdiriləcək silahlar içərisində elələri var ki, indiyə kimi heç vaxt paradlarda göstərilməyib. Son illərdə Azərbaycan Silahlı Qüvvələri ayrı-ayrı ölkələrdən ən müasir, yəni 4-cü nəsil silah-sursat alıb. Amerika istehsalı olan ”Bell-412" helikopterləri ilk dəfə nümayiş olunacaq. Bu texnika Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına bu yaxınlarda verilib. Parada ilk dəfə cəlb olunacaq texnikalar sırasında dəniz əməliyyatları üçün “K-27" və ”Mİ-17" nəqliyyat helikopterləri də var. O cümlədən “Mİ-24", ”Mİ-24C", “Mİ-35" döyüş helikopterləri, İsraildən alınan yeni hərbi avadanlıq, Belarusdan alınan texnikanın da paradda nümayişi gözlənilir”.
*****

Sabahkı paradın başqa bir mühüm özəlliyi dəvət edilən xarici qonaqların rekord sayda olmasıdır. Məlumatlara görə, onların arasında Azərbaycanın strateji tərəfdaşı və silah tədarükçülərindən olan İsrailin müdafiə naziri Aviqdor Liberman da var. Lakin son anda onun Bakıya səfəri ləğv etdiyi deyilir. Səbəb kimi İranın müdafiə naziri Əmir Hatəminin də Bakıya dəvət edilməsi göstərilir. Bununla belə, İsrail nümayəndə heyəti paradda zabit qrupu ilə təmsil olunacaq.
İstənilən halda, sabahkı hərbi törənin önəmi dəyişməyəcək. Ona görə ki, qonaqlar, xarici ölkələrdən olan hərbi attaşelər paraddan aldıqları təəssüratları öz dövlətlərinin rəhbərliyinə çatdıracaq. O sırada şəksiz ki, işğalçı Ermənistan da öz məxsusi “payı”nı götürəcək.
Müdafiə nazirinin də xüsusi vurğuladığı kimi, Azərbaycan son illər hərbi xərclərini xeyli artırmaq hesabına (hərbi xərclərimiz Ermənistanın illik büdcəsindən böyükdür və büdcəyə edilən son düzəlişlərə görə, daha 200 milyon manat artırılıb), yeni və olduqca müasir döyüş sistemləri, dağıdıcı silahlar alıb, özündə bir sıra silahların istehsalını təşkil edib (onlar da ilk dəfə nümayiş olunacaq), habelə hərbi zavodlar və modern hərbi hissələr açıb, ələlxüsus, düşmənin “qorxulu röyası” olan pilotsuz usan aparatlarla bağlı ciddi uğurlara imza atıb. Hava məkanında üstünlüyümüz daha da güclənib.

Eyni zamanda qardaş Türkiyə ilə müntəzəm ortaq təlimlər keçirməklə ordumuz döyüş qabiliyyətini dəfələrlə artırıb. Bütün bu göstəricilərin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü orduları sırasında yer alır (Ermənistan ümumiyyətlə, siyahıya düşməyib, Gürcüstan - 64-cü yerdədir).
*****
Hərbiyyədəki üstünlüklərimizi düşmən bilməmiş deyil. 2016-cı ilin aprelində aldığı “Lələtəpə qulaqburması” ona görk olmalıdır. İşğalçı onu da bilməmiş deyil ki, aprel hərbi zəfəri sadəcə, bir “jurnal” idi və əgər o, tezliklə konstruktiv danışıqlara başlamasa, Azərbaycanın səbri tükənəcək. Hər halda, Bakı böyük paralar hesabına aldığı, özünün istehsal elədiyi müasir silahları yalnız vitrinə qoyub paslandırmaq və ya vaxtaşırı hərbi paradda nümayiş etdirmək fikrində də deyil. Sabahkı hərbi paradla Azərbaycanın dünyaya verdiyi ikinci mühüm mesaj budur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam