Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Şeyxin qudasından Ramiz Mehdiyevə kinayəli cavab…

 

Qalib

Millət vəkili Qalib Salahzadə Milli Məclisdə “Bələdiyyələrin statusu” haqqında qanun layihəsinin müzakirəsi zamanı tənqidi fikirlər səsləndirib.

“Xeberinfo.com":Məlumata görə, deputat qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının bələdiyyənin statusunu ləğv etmək səlahiyyəti yoxdur: “Ümumiyyətlə, nə qədər ki icra hakimiyyətləri bələdiyyələrə nəzarət edir, onların inkişafından söz gedə bilməz. Hazırda bələdiyyə seçkiləri yaxınlaşır. Bu saat mən bilirəm ki, Sabunçu rayonunda bələdiyyələr artıq seçilib, hamı bilir ki, kim sədr olacaq.

Sonra da deyirlər ki, kadr yoxdu. Kadrlar var, amma işləməyə qoymurlar. Mən bir az cürətli danşdım, amma düz danışdım”.

Xatırlatmaq yerinə düşər ki, hakimiyyətdə kadr çatışmazlığı haqda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev danışıb. Bu baxımdan, Qalib Salahzadənin“Sonra da deyirlər ki, kadr yoxdu. Kadrlar var, amma işləməyə qoymurlar” fikrini” birbaşa PA rəhbərinə cavab kimi qiymətləndirmək olar. Qafqaz Müsəlmanları İdarəsininin rəhbəri Allahşükür Paşazadənin qudası olan deputatın, öz təbiri ilə desək, belə “cürətli” açıqlaması maraq doğurur.

Onun bələdiyyə seçkiləri haqda dedikləri isə daha da düşündürücüdür. Qalib Salahzadə faktiki olaraq, gözlənilən bələdiyyə seçkilərinin formal xarakter daşıdığını, saxtalaşdırılacağını və icra hakimiyyətlərində tutulan siyahıların əsasında “qaliblərin” elan olunacağını deyib.

Biz adətən bu səpgili açıqlamaları müxalifət partiyalarından və beynəlxalq təşkilatların müşahidəçilərindən eşidirik. İndi isə Azərbaycanda seçkilərin saxtalaşdırıldığını, formal əhəmiyyət daşıdığını hakimiyyətin odlu-alovlu müdafiəçilərindən biri deyir.

NƏ BAŞ VERİR?

QALİB SALAHZADƏNİN BU AÇIQLAMASI SON VAXTLAR QAFQAZIN ŞEYXİNƏ QARŞI ARTAN HÜCUMLARA CAVAB DEYİL Kİ?…

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam