Gədəbəyin sabiq icra başçısı həbs oluna bilər

Yenixeber.org: Gədəbəyin işdən çıxarılan icra başçısı Ramiz Yediyarovun fəaliyyəti yoxlanılır. Onun Gədəbəyə rəhbərlik etdiyi dövr ərzində rayonda baş vermiş, lakin sona qədər araşdırılmamış cinayət işləri yenidən araşdırılacaq.
Bu haqda redaksiyamıza daxil olan xəbərdə deyilir ki, Ramiz Yediyarov vəzifəyə təyinat aldığı ilk günlərdən başlayaraq patronu - sabiq vergi naziri Fazil Məmmədovun gözünə xoş görünən torpaq sahələrini, xüsusilə perspektivli əraziləri ələ keçirmək üçün fəaliyyət göstərib. Bu sırada Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazi də var. Geniş meşə massivi olan ərazidə vaxtilə sakinlər istirahət edib. Yediyarovun və Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun “yüngül əli” ilə “Yastı meşəsi” adlanan istirahət zonası da F.Məmmədovun saysız-hesabsız obyektlərindən birinə çevrilib.
Gədəbəyin mərkəzində yerləşən bazar da sabiq vergilər nazirinin “sinəsinə yatan” yerdə yerləşdiyindən 2013-cü ildə Ramiz Yediyarov həmin bazara da əl qoyub. Əvvəlcə rayonun kənarında, əkin-biçin sahələrinin ortasında, ən başlıcası isə pay torpağında bazar tikilib. Qanunsuz inşa edilən bazara sahibkarların köçmələri təklif olunub. Lakin Gədəbəyin mərkəzində yerləşən bazarın icarəçi-sahibkarları son dərəcə əlverişsiz olan təklifdən imtina ediblər. Günlərin birində isə R.Yediyarovun bazarın köçürülməsi planının germəkləşməsi üçün orada elə bir yanğın olub ki, 10 dəqiqənin içində bazar kibrit qutusu kimi yanıb külə dönüb.