Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yadigar Sadıqovun cəzası azaldılıb

 

Yanvarın 13-də Ali Məhkəmə Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqovun şikayətinə baxılıb. Ali Məhkəməyə şikayətdə iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi tələbi qoyulub.

"Xeberinfo.com":  Məlumata görə, vəkil Osman Kazımov bildirib ki, hakim Fərhad Kərimovun sədirliyi ilə keçirilən prosesdə Yadigar Sadıqov iştirak etməyib: “Məhkəmə Yadigar Sadıqovun təqsirli bilindiyi cinayət məcəlləsinin 221.3-cü maddəsini cinayət məcəlləsinin 221.1-ci maddəsinə tövsif etdi. Beləliklə, Yadigar Sadıqovun cəzasından 6 ay çıxıldı, 3 il 6 ay cəza saxlandı”.

Vəkil məhkəmənin qərarını ədalətsiz hesab etdiyini vurğulayıb: “Çünki Yadigar Sadıqov cinayət törətməyib, uydurma ittihamla məhkum olunub. Onun həbsi siyasi motivlidir”.

Yadigar Sadıqov 2013-cü il iyunun 27-də Lənkəranda tutulub. Lənkəran sakini Rəşid Kərimovu döyməkdə, ona bədən xəsarəti yetirməkdə ittiham olunan Yadigar Sadıqov 2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 22-də Şirvan Apelyasiya Məhkəməsi həbs cəzasını 4 ilə endirib.

Yadigar Sadıqov 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Modern.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam