Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“1 milyona icra başçısı” işində adları çəkilən vəzifəlilər

 

      Vəzifə satan məhkəmə hakiminin cinayət dosyesində daha nələr var?

      "Xeberinfo.com": Biz İcra başçısı təyinatı üçün 1 milyon dollarlıq bazarlıqdan bəhs edən yazının birinci hissəsini təqdim etmişdik. Söhbət 7 il Binəqədi rayon məhkəməsinə sədrlik etmiş, 2007-ci ildən bu ilin fevralına qədər isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevin vasitəsilə baş verənlərdən gedirdi. Yazı da cinayət işinin materialları, o cümlədən prokurorluqda verilən ifadələr əsasında hazırlanıb.

     Xatırladaq ki, istintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu təyinata görə Ramazan Səlimovdan 1 milyon dollar istənilib. Bu məbləğ milli valyuta ilə hesablanaraq, təxminən 800 min manata bərabər sayılıb. Iş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib. Yəni, Həsən Əliyev 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla, ondan iki dəfəyə ümumilikdə 600 min manat pul alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir. Lakin xeyli müddət keçsə də, nə vəzifədən xəbər çıxıb, nə də pul geri qayıdıb...

   Bu barədə ötən yazıda onu da qeyd etmişdik ki, Ramazan Səlimov xeyli müddət gözləyib və nəhayət, ötən ilin martında Nərimanov rayonu 16-cı polis bölməsinə şikayət edəndən sonra vəziyyətin gərginləşdiyini görən Həsən Əliyev ona pul vermək qərarına gəlib. Bu məqsədlə həyat yoldaşının adına olan gözəllik salonunu girov qoyaraq, 170 min pul götürüb.

Bundan başqa, Həsən Əliyev oğlu Vüqar Əliyevin adına olan mənzili də girov qoyaraq kredit götürüb. Əldə olunan pulun 150 min manatını “Şərurlu Isfəndiyar” kimi tanınan Isfəndiyar Axundova olan borcunu qaytarıb. 100 min manatını isə Elman Məmmədov vasitəsilə Ramazan Səlimova qaytarmaq üçün göndərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam