Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“İCRA BAŞÇISI ALVERİ”NİN YENİ DETALLARI

 

1hesen1

    Həsən Əliyev Ramazan Səlimovu 50-yə yaxın məmurla görüşdürüb

  "Xeberinfo.com": Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin adı keçən və mətbuatda “milyonluq qalmaqal” adını almış cinayət işi ilə bağlı “Azadlıq”-a yeni məlumatlar daxil olub. Həmin məlumatlarda bildirilir ki, Nərimanov Rayon Polis Idarəsinin 16-cı polis bölməsinin təhqiqatçısı Şövqi İsmayılov da bu işlə bağlı istintaqa ifadə verib. Bundan əvvəl 16-cı bölmənin rəisi Hikmət Usubovun və Nərimanov rayonunun keçmiş prokuroru Fikrət Mahmudovun istintaqa ifadə verdiyi barədə məlumat verilib.

Hikmət Usubovun istintaqa dediklərindən belə aydın olur ki, bu işin üstünü ilk olaraq açan Şövqi İsmayılov olub.

Ramazan Səlimov aldadıldığı barədə niyə ərizə yazmaq istəməyib?

Şövqi İsmayılov özü də istintaqa ifadəsində bunu etiraf edib. O, bildirib ki, 2013-ü cü ilin mart ayının əvvəllərində Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında işləmiş, hazırda isə təqaüddə olan Tariyel Haqverdiyev adlı şəxs 16-cı polis bölməsinə şikayət ərizəsilə müraciət edib. Bölmə rəisi Tariyel Haqverdiyevin ərizəsinin araşdırılmasını Şövqi Ismayılova tapşırıb. Məlum olub ki, o, Ramazan Səlimovu dələduzluqda ittiham edir. Tariyel Haqverdiyev həm ərizəsində, həm də Şövqi Ismayılovla şifahi söhbətlərində bildirib ki, Ramazan Səlimov onun oğlunu ədliyyə orqanlarında işə düzəltmək adı ilə 10 min ABŞ dolları və 2300 manat məbləğində pul alıb. Tariyel Haqverdiyev həmçinin əlavə edib ki, Ramazan Səlimovla Həsən Əliyevin kabinetində tanış olub. Tariyel Haqverdiyevin izahatı alınandan sonra Ramazan Səlimovun şəxsiyyəti müəyyənləşdirilərək bölməyə dəvət olunub. Ramazan Səlimov isə bildirib ki, əksinə Tariyel Haqverdiyev Həsən Əliyevin tapşırığı ilə onu işə düzəltmək üçün müxtəlif idarə və təşkilatların rəhbərləri görüşdürüb və külli miqdarda pulu mənimsənilib. Şövqi Ismayılov Ramazan Səlimovdan pulunun konkret kimlər tərəfindən ələ keçirildiyini soruşub. O, Həsən Əliyevin adını çəkib. Amma özünün və ailəsinin həyatına təhlükə yarana biləcəyini deyərək bu barədə rəsmi müraciət etməyəcəyini bildirib. Şövqi Ismayılov ifadəsində qeyd edib ki, bu söhbətdən bir gün sonra Qüdrət Yəhyayev adlı şəxs bölməyə gəlib. Həmin şəxs bildirib ki, Ramazan Səlimov onun 6500 manatını mənimsəyib. O, pulu Ramazan Səlimova Səbail rayonu ərazisində verdiyini bildirib. Şövqi Ismayılov isə ona aidiyyəti üzrə polis idarəsinə müraciət etməyi məsləhət görüb. Daha sonra təhqiqatçı baş verənlər barədə Hikmət Usubova məruzə edib. Rəis Şövqi Ismayılovun da iştirakı ilə Ramazan Səlimovu qəbul edib. Ramazan Səlimov təhqiqatçıya dediklərini Hikmət Usubovun da diqqətinə çatdırıb. Həmçinin əlavə edib ki, o, artıq bu barədə rəsmi ərizə yazmaq qərarına gəlib. Şövqi Ismayılov onun ərizəsini alaraq qeydiyyata salıb. Rəis bu işin araşdırılmasını Şövqi Ismayılovla, bölmənin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Məhərrəm Həsənova tapşırıb.

Polis rəisinin otağında görüş

Təhqiqatçı bildirir ki, daha sonra o, otağında Ramazan Səlimovun izahatını alıb. Şövqi Ismayılovun israrlarına baxmayaraq Ramazan Səlimov Həsən Əliyevin onu görüşdürdüyü vəzifəli şəxslərin hamısının adını çəkməyib. Şikayətçi yalnız Siyəzənin, Qobustanın, Tərtərin icra başçıları ilə və Yasamalın polis rəisi ilə görüşdüyünü deyib.

Ümumiyyətlə isə Həsən Əliyevin onu 50-yə yaxın vəzifəli şəxslə görüşdürdüyünü bildirib. Təhqiqatçının sözlərinə görə, o, əlavə edib ki, Həsən Əliyev pulları qaytarmasa ölkə başçısı Ilham Əliyevə müraciət edəcək və həmin şəxslərin də adlarını açıqlayacaq.

13x18-3Şövqi Ismayılovun ifadəsi göstərir ki, “milyonluq qalmaqal”da adı keçən məmurların bir qisminin adı hələ açıqlanmayıb. Mümkündür ki, Ramazan Səlimov bu adları məhkəmədə açıqlasın.

Təhqiqatçı ifadəsində Tariyel Haqverdiyevin şikayət ərizəsi ilə bağlı cinayət işinin başlanmamasına da aydınlıq gətirib. Onun sözlərinə görə, Ramazan Səlimovun həyat yoldaşı Gülnarə Səlimova bildirib ki, ərini şərləyib həbs etdirmək istəsələr də, o, buna imkan verməyəcək. Bunun üçün isə o, Tariyel Haqverdiyevin tələb etdiyi məbləği ödməyə hazır olduqlarını bildirib. Məbləğ ödənildiyindən Tariyel Haqverdiyev barışıq ərizəsi yazıb və buna görə də təhqiqatçı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edib.

Bəs Ramazan Səlimovun şikayət ərizəsi üzrə niyə cinayət işi başlanmayıb? Şövqi İsmayılovun sözlərinə görə, Ramazan Səlimovun izahatını aldıqdan sonra Hikmət Usubov Həsən Əliyevə zəng vuraraq onu bölməyə dəvət edib. Rəisin xidməti otağında Şövqi Ismayılov, Məhərrəm Həsənov, Həsən Əliyev Ramazan Səlimov və Gülnarə Səlimova görüşüblər. Görüş zamanı Həsən Əliyev Ramazan Səlimovdan 600 min manat pul aldığını, ancaq bunu borc olaraq aldığını bildirib. Keçmiş hakim əlavə edib ki, pulu qısa müddətdə qaytaracaq.

Bu görüşdən sonra bölmə rəisi bu məsələyə artıq işdən çıxarılan Nərimanov rayonunun prokuroru Fikrət Mahmudova zəng vuraraq baş verənlər barədə ona məruzə edib. Fikrət Mahmudov da Ramazan Səlimova dəymiş ziyanın ödənilməsinin təmin edilməsini tapşırıb. Bu baxımdan da cinayət işi başlanmayıb.

Təhqiqatçı Həsən Əliyevdən niyə izahat ala bilməyib?

Şövqi Ismayılov bir maraqlı məqamı da diqqətə çatdırıb. O, Həsən Əliyevdən izahat almamasının səbəbini izah edərkən deyib: “Həsən Əliyev hakim vəzifəsində işlədiyindən onun izahatını almaq üçün razılıq tələb olunmuş, belə bir razılığın alınmasına isə rayon prokurorluğu tərəfindən cəhd olunmayıb”.

Şövqi Ismayılov daha sonra bildirib ki, Həsən Əliyev Ramazan Səlimovun pulunu qısa müddətdə qaytaracağını söz versə də, vədinə əməl etməyib. Ramazan Səlimov da həyat yoldaşı ilə dəfələrlə polis bölməsinə gələrək dəymiş ziyanın ödənilməsinin təmin olunmasını tələb ediblər.

Təhqiqatçı bildirib ki, Həsən Əliyev Ramazan Səlimova cəmi 250 min manat qaytardıqdan sonra pulun ödənişini dayandırıb.

Bu barədə Hikmət Usubov Nərimanov rayon prokuroruna məlumat verərək deyib ki, artıq şikayətçiləri sakitləşdirə bilmir. Bundan sonra 2013-cü ilin iyul ayında iş bölmədən alınaraq Nərimanov Rayon Prokurorluğuna verilib.

Şövqi Ismayılovun bu ifadəsində belə aydın olur ki, hüquq-”milyonluq qalmaqal”ın tam, hərtərəfli araşdırılmasında Nərimanov prokurorluğu əvvəlcə maraqlı olmayıb. Mümkündür ki, ortada hansısa anlaşma var imiş. Lakin sonradan anlaşma pozulub. Təsadüfi deyil ki, Fikrət Mahmudov Həsən Əliyevin də ittihamlarına tuş gəlmişdi. Fikrət Mahmudov və müavini Cavid Quliyevin də məhz bu məsələyə görə işdən çıxarılması bu ehtimalı daha da gücləndirir. Yeri gəlmişkən, baş prokuror Zakir Qaralov Fikrət Mahmudov və müavinin işdən çıxarılmasına münasibət bildirərkən demişdi: “Istər prokuror, istər müstəntiq olsun, əgər konkret cinayət işlərinin istintaqı və yaxud ərizə, şikayətlərin baxılması zamanı qanunun tələbləri pozulursa, sözsüz ki, onlar məsuliyyətə cəlb olunurlar”.

Xatırladaq ki, Həsən Əliyev Bakı sakini Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb, lakin vədini yerinə yetirməyib. Ramazan Səlimov Həsən Əliyevin dələduzluq yolu ilə onun pullarını mənimsədiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Bundan sonra Həsən Əliyevin hakimlik fəaliyyətinə xitam verilib və barəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur. Lakin keçmiş hakim həbs olunmayıb. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam