Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Bəzi məmurlar məhkəməyə çağırıla bilər

 

 

 

 

 

 

 

 

   «Milyonluq qalmaqal»da adı hallanan səlahiyyət sahiblərinin ifadə verməsi üçün vəsatət qaldırılacaq

       "Xeberinfo.com": Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mübariz Məmmədovun sədrliyi ilə dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlanıb. Ramazan Səlimovun vəkili Iradə Cavadovanın “Azadlıq”a verdiyi məlumata görə, iclasda təqsirləndirilən şəxslərin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib.

      Təqsirləndirilən şəxs Elman Məmmədovun vəkili Adəm Məmmədov məhkəmə prosesinin audioyazı ilə keçirilməsini istəyib. Hakim vəkilin bu istəyini yerinə yetirib.

   İradə Cavadova isə Ramazan Səlimovun mülki zərərçəkmiş kimi tanınması ilə bağlı vəsatət qaldırıb. Vəkilin vəsatəti təmin olunub. Ramazan Səlimov mülki zərərçəkmiş, Həsən Əliyev isə cavabdeh kimi tanınıb.

     İradə Cavadova onu da bildirib ki, bu işdə adı hallanan məmurların da məhkəməyə çağırılmasında maraqlıdırlar. “Onlar gəlib ifadə verməlidirlər. Biz bununla bağlı vəsatət də qaldıracağıq”, - deyə vəkil bildirib.

    İstintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu işin müqabilində Ramazan Səlimovdan 1 milyon dollar (800 min manat) istənilib.

     İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib. Belə ki, Həsən Əliyev Ramazan Səlimovdan 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla iki dəfəyə ümumilikdə 600 min manat pul alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir.

     Ramazan Səlimov xeyli müddət gözləyib və nəhayət, ötən ilin martında Nərimanov Rayon Polis Idarəsi 16-cı polis bölməsinə şikayət edib. Həmin şikayətdən sonra Həsən Əliyev 600 min manatın 250 min manatını ona qaytarıb.

     İş materialları arasında Həsən Əliyevə hər dəfə 300 min manat olmaqla iki dəfə pul verildiyini sübut edən faktlar var. Bunların birində hakim özü Ramazan Səlimovdan 300 min manat aldığını yazıb. Digər sənəd isə notarial qaydada təsdiqlənmiş borc müqaviləsidir. Orada Ramazan Səlimovun Həsən Əliyevə 300 min manat borc verdiyi göstərilib.

    2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bu ilin fevral ayında xitam verilib.

      Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

      Bu işdə bir neçə məmurun da adı hallanır. Bu sırada Siyəzənin icra başçısı Arif Qasımov, Qobustanın icra başçısı Adil Məmmədovu, Bakı sukanal idarəsinin rəisi Habil Quliyevi, Birləşmiş sukanal idarəsinin rəisi Etibar Məmmədovu, “Azərsu”nun sədr müavini Teyyub Cabbarov, “Azəriqaz”ın sədr müavini Zahid Səfərov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun adını çəkmək olar. Ramazan Səlimov ifadəsində bildirib ki, bu məmurlara aldığı hədiyyələrə toplam olaraq 34 min manat pul verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam