Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Prokuror və müavini vəzifədən çıxarılmasının səbəbi

 

   Zakir Qaralovun əmrinin “icra başçısı təyinatı üçün 1 milyon dollar” bazarlığı ilə bağlı olduğu deyilir

"Xeberinfo.com": Baş prokuror Zakir Qaralov bu sistemdə kadr dəyişikliyilə bağlı əmr imzalayıb. Əmrə əsasən, paytaxtın Nərimanov rayonunun prokuroru Fikrət Mahmudov və onun müavini Cavid Quliyev vəzifəsindən azad edilib.

Prokurorluqdakı bu kadr dəyişikliyilə bağlı hələlik rəsmi məlumat verilmir. Amma prokuror və müavininin gözlənilmədən vəzifədən çıxarılmasının səbəblərilə bağlı müəyyən məlumatlar var. Bu barədə “Azadlıq”a məlumat verən mənbə bildirir ki, Zakir Qaralovun əmrinin  son günlər müzakirə mövzularından birinə çevrilən “icra başçısı olmaq üçün 1 milyon dollarlıq bazarlıq”la əlaqəsi var. Söhbət uzun illər Binəqədi rayon məhkəməsinin sədri, 2007-ci ildən sonra bu ilin fevralına qədər isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevin Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollara icra başçısı təyin etdirmək barədə vəd verib, pulun bir hissəsini - 600 min manatını alması, bu məqsədlə onu bir xeyli yüksək vəzifəli məmurlarla görüşdürməsi və s. məsələlərdən bəhs olunan cinayət işindən gedir. Məsələ burasındadır ki, həmin cinayət işində Nərimanov rayonunun prokuroru və onun müavininin də adı keçir. Onların hər ikisi bu iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilib.

Prokuror Fikrət Mahmudov və müavininin konkret bu işə aidiyyətinə gəlincə, qeyd edək ki, Ramazan Səlimovdan 600 min manat hər dəfə 300 min manat olmaqla iki dəfəyə alınıb. Birinci 300 min Nərimanov rayonu ərazisində, metronun “Gənclik” stansiyasının yaxınlığında verilib.
Bundan başqa, üstündən xeyli vaxt keçsə də, nə vəzifəyə təyin olunduğunu, nə də pulunun qaytarıldığını görən Ramazan Səlimov məhz Nərimanov rayonu ərazisindəki 16-cı polis bölməsinə şikayət edib. Həsən Əliyev ondan şikayət edildiyini öyrənəndən sonra müəyyən tanışları vasitəsilə bu işi “düzüb-qoşmaq” qərarına gəlib, bu məqsədlə Nərimanov prokurorluğu ilə də danışıqlar aparılıb. Hətta prokurorluq bir dəfə Ramazan Səlimovun şikayəti üzrə cinayət işi başlamaqdan imtina edib və bununla bağlı konkret qərar qəbul olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam