Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabiq hakimdən 434 manat pul tələb olundu

 

Hesen-Eliyev-021

Təqsirləndirilən Elman Məmmədov və Taleh Süleymanov məhkəmə zalında şüşə kabinetdə əyləşdiriliblər

     "Xeberinfo.com": Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mübariz Məmmədovun sədrliyi ilə dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlanıb. Virtualaz.org saytınının məhkəməni izləyən əməkdaşının verdiyi xəbərə görə, iclasda təqsirləndirilən şəxslərin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib.

     Təqsirləndirilən şəxs Elman Məmmədovun vəkili Adəm Məmmədov məhkəmə prosesinin audioyazı ilə keçirilməsini istəyib. Hakim vəkilin bu istəyini yerinə yetirib.

     Zərərçəkmiş Ramazan Səlimovun vəkili İradə Cavadova iki vəsatət qaldırıb. Vəkil müdafiə etdiyi şəxsə 334 min manat ödənilmədiyi, 100 min manat mənəvi təzminatla birlikdə Həsən Əliyevdən 434 min manat alınaraq R.Səlimova verilməsi tələbi ilə iddia qaldırıb. Vəkil İradə Cavadova deyib ki, R.Səlimova 334 manat ödənilməyib, lakin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində müdafiə etdiyi şəxsi aldadaraq qol çəkdiriblər.

     Hakim isə bu tələbə yekun qərarda baxılacağını söyləyib.

    Hakimin “Siz bu işdə özünüzü təqsirli bilirsinizmi” sualına təqsirləndirilən Həsən Əliyev “Mən əvvəl də bu işdə özümü təqsirli bilməmişəm, Ramazan Səlimov yalan danışır” deyə cavab verib.

    Qeyd edək ki, təqsirləndirilən Elman Məmmədov və Taleh Süleymanov məhkəmə zalında şüşə kabinetdə əyləşdiriliblər. Onlarla mikrofon vasitəsilə danışılıb. Proses günortadan sonra davam etdiriləcək.

    Xatırladaq ki, istintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu işin müqabilində Ramazan Səlimovdan 1 milyon dollar (800 min manat) istənilib.

    İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib. Belə ki, Həsən Əliyev R.Səlimovdan 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla iki dəfəyə ümumilikdə 600 min manat pul alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir.

    R.Səlimov xeyli müddət gözləyib və nəhayət, ötən ilin martında Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinə şikayət edib. Həmin şikayətdən sonra Həsən Əliyev 600 min manatın 250 min manatını ona qaytarıb.

   Qeyd edək ki, iş materialları arasında Həsən Əliyevə hər dəfə 300 min manat olmaqla iki dəfə pul verildiyini sübut edən faktlar var. Bunların birində hakim özü Ramazan Səlimovdan 300 min manat aldığını yazıb. Digər sənəd isə notarial qaydada təsdiqlənmiş borc müqaviləsidir. Orada Ramazan Səlimovun Həsən Əliyevə 300 min manat borc verdiyi göstərilib.

2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bu ilin fevral ayında xitam verilib.

Səbəb məhkəmə sistemində indiyə qədər görünməyən hadisə idi – hakim onun vəzifəsinə daxil olmayan “iş”in güdazına getmişdi. Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam