Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ADSEA əməkdaşları pul qazanmaq üçün Neftçalanın iki qəsəbəsini susuz qoyub -FOTOLAR

Neftçala rayonunun Həsənabad və Mirqurbanlı qəsəbələrinin sakinləri dövlətin su təminatından məhrum olublar. Bunun səbəbi isə onlar üçün nəzərdə tutulan suyun balıq təsarrüfatlarına satılmasıdır…

Yenixeberorg.com: Neftçala rayonunun Həsənabad və Mirqurbanlı qəsəbələrinin sakinlərindən Poliqon-a daxil olan şikayətdə bildirilir ki, yaşadıqları ərazilərdə uzun illərdir su qıtlığından əziyyət çəkirlər. Son illər isə bu problem daha da böyüyüb.

Sakinlərin müraciətində qeyd edilir ki, Həsənabad və Mirqurbanlı qəsəbələri Qaravəlli kənd nasos stansiyasından su ilə təmin edilir. Lakin bir sıra subyektiv səbəblərdən, xüsusən də Neftçala rayon Su Melorasiya Sistemləri İdarəsinin rəisi Təbriz Eyyubovun şəxsi mənfəətinə görə, Qaravəlli kənd nasos stansiyasından vurulan su Həsənabad və Mirqurbanlı qəsəbələrinə gedib çıxmır. Çünki həmin su yol-yol satılır.

Şikayətdə bildirilir ki, Qaravəlli kənd nasos stansiyasından vurulan su Həsənabad və Mirqurbanlı qəsəbələrini, o cümlədən yaxınlıqdakı 400 hektar əkin sahəsini su ilə təmin etmək üçün nəzərdə tututlub. Buna baxmayaraq, su, iki qəsəbənin təminatını həyata keçirən kanalın mənbəyinə yaxın istiqamatdə inşa edilən balıq təsərrüfatlarına satılır və bunun nəticəsində də, yaz və yay aylarında Həsənabad və Mirqurbanlı qəsəbələri suya həsrət qalırlar.

İşin maraqlı tərəfi isə odur ki, həmin ərazidə uzun illərdir istismarda olan balıq təsərrüfatları qanunsuz fəaliyyət göstərir. Bu ərazidəki göllərin balıq təsərrüfatı kimi fəaliyyətini nizamlayacaq heç bir sənəd yoxdur və həmin balıq təsərrüfatları hüquqi cəhətdən mövcud deyil. Neftçala rayon Su Melorasiya Sistemləri İdarəsinin rəisi Təbriz Eyyubov isə hüquqi mövcudluğu olmayan balıq təsərrüfatlarına su sataraq Neftçalanın iki ən böyük yaşayış məntəqələrindən olan Həsənabad və Mrqurbanlı qəsəbələrini susuz qoyur. Halbuki Qaravəlli nasos stansiyası məhz bu iki qəsəbəni su ilə təmin etmək üçün nəzərdə tutlub. Dolayısı ilə qanunsuz balıq təsərrüfatlarına satılan suyun pulu da ADSEA-nın hesabına deyil, bir neçə ADSEA əməkdaşının çibinə köçür.

Xatırladaq ki, Neftçala rayon Su Melorasiya Sistemləri İdarəsinin rəisi Təbriz Eyyubov, Qaravəlli Sudan İstifadəedənlər Birliyinin rəhbəri isə Təvəkkül adlı şəxcdir. Məhz bu iki ADSEA məmuru Həsənabad və Mrqurbanlı qəsəbələri üçün nəzərdə tutulan suyun yolda yoxa çıxmasına görə məsuliyyət daşıyırlar.

Şikayətdə bildirilir ki, həmin ərazidə hazırda 150 hektardan artıq balıq nohuru qanunsuz istismar olunur və ərazi üçün də ekoloji problem yaradır. İddia olunur ki, Neftçala rayon Su Melorasiya Sistemləri İdarəsinin rəisi Təbriz Eyyubov balıq nohurlarının suyla təmin olunmasına görə, hər hektar üçün 200 manat alır. Bu səbəbdən də Neftçalaının iki böyük qəsəbəsi su qıtlığı içində yaşayır və sakinlər kənardan pulla su almağa məcbur olurlar. Həyətyanı təsərrüfatlar isə sadəcə məhv olub. Kanalın üzərindəki əkin sahələri də su qıtlığı üzərindən şorlaşıb və torpaq sahiblərinə böyük miqdarda maddi ziyan dəyib.

Lakin qanunsuz balıq təsərrüfatlarının fəaliyyətindən təkcə ADSEA məmurları qazanmır. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Neftçaladakı mövcud təşkilatları da bu qanunsuzluqdan qazanc əldə edirlər. Çünki ETSN-nin lisensiyası olmadan heç bir balıq təsərrüfatı fəaliyyət göstərə bilməz.

Həmçinin iddia olunur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin Neftçala rayonu üzrə baş müfəttişi Sadiq İmanov da qanunsuz balıq təsərrfatlarının fəaliyyətindən xeyirli çıxanlardandır. Çünki balıq göllərinin altındakı torpaqlar hüquqi olaraq dövlətin mülkiyyətindədir və bu torpaqlar sadəcə qeyri-rəsmi şəkildə istismar olunur. Belə ki, Sadiq İmanov həmin torpaqlar üzərində nəzarəti həyata keçirən dövlət nümayəndəsi kimi külli-ixtiyar sahibidir. Yəni istədiyi zaman həmin balıq təsərrüfatlarının bağlanması üçün hərəkətə keçə bilər.

Maraqlıfır ki, Neftçala rayon Su Melorasiya Sistemləri İdarəsinin rəisi Təbriz Eyyubov 5 dekabr 2025-ci ildə Neftçala rayon Sudan İstifadəedənlər Birliklərinə ünvanladığı məktubda sənədsiz balıq nohurlarına suyun verilməsini qadağan edib. Lakin buna baxmayaraq, təqdim etdiyimiz şəkillərdən də göründüyü kimi, həmin ərazidə nohurlar suyla doludur və hazlrda da nohurlara su veridiyi bildirilir.

Qeyd edək ki, məsələnin sosial əhəmiyyətini nəzərə alaraq və “Media haqqında” qanuna uyğun olaraq Poliqon ADSEA-ya sorğu ilə müraciət edib. Artıq kifayət qədər zaman keçməsinə baxmayaraq, sorğumuza heç bir cavab ala bilməmişik. Yazı dərc edilməyə hazırlanırkən Neftçaladan aldığımız məlumata görə, sorğu ilə bağlı Neftçalada artıq məlumatlıdırlar. Sorğudan narahat olan Təbriz Eyyubovun bu məsələ ilə bağlı Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovla görüşdüyü iddia olunur. İddiaya görə Mirhəsən Seyidov Təbriz Eyyubova narahatlıq üçün əsas olmadığını bildirib və suyun Həsənabad və Mirqurbanlı kəndlərinə deyil, balıq təsərrüfatlarına yönləndirməyə davam etdirilməsini tapşırıb. Bir daha qeyd edirik bu yerli sakinlərin iddasıdır və iddanın nə qədər düzgün olub-olmadığını bizim tərəfimizdən təsdiq etmək mümkün deyil.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam