Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bir dəfədən artıq Həccə gedənlər əlavə ödəniş edəcəklər -Azərbaycanda

heccziyaretiAzərbaycandan bu il ikinci dəfə və daha çox Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə ödənişlər ödəyəcəklər.

Xeberinfo.com:   Səudiyyə Ərəbistanı Həcc nazirliyi tərəfindən qoyulan qaydaya əsasən, bir dəfədən çox Ümrə ziyarətinə gedənlər üçün əlavə ödənişlər ləğv edilsə də, Həcc üçün qüvvədə saxlanılıb.

Ötən ilin sentyabr ayında Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə ziyarətinə bir dəfədən çox gedənlərin əlavə 500 dollar ödəniş etməli olduqları barədə qərar qəbul etsə də, sonradan bu qayda Ümrə ziyarəti üçün ləğv olunub.

Qaydalara əsasən, Azərbaycandan bu ildən etibarən ikinci dəfə Həccə gedənlər 500 ABŞ dolları, üçüncü dəfə və ondan çox gedənlər isə 550 dollar əlavə ödəniş etməli olacaqlar.

Artıq Qafqaz Müsəlmanları idarəsinin (QMİ) builki Həcc mövsümü ilə bağlı təşkilatı işləri həyata keçirən nümayəndə qrupu Səudiyyə Ərəbistanına yola düşüb. O da bildirilir ki, ötən illə müqayisədə bu il Həcc ziyarətinin qiymətində artım olacaq. Buna səbəb dolların kəskin bahalaşmasıdır.

Qeyd edək ki, ötən ilki Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollar olub.

Azərbaycanda Həcc ziyarətinə sənədləri yalnız QMİ həyata keçirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam