Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

QMİ Həcc ziyarətində ölən zəvvarın ailəsinə 4500 manat kompensasiya ödəyəcək

QMİ Həcc ziyarətində ölən zəvvarın ailəsinə 4500 manat kompensasiya ödəyəcək

 

 

Bu il Həcc ziyarəti zamanı ölən zəvvarların ailəsinə, eləcə də səhhətində problem yaranan zəvvarlara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən kompensasiya ödəniləcək

 

Yenixeber.org: Həcc ziyarəti ilə bağlı zəvvarla imzalanan müqavilədə qeyd olunur ki, ziyarət zamanı dünyasını dəyişən zəvvarın ailəsinə 4500 manat maddi yardım ediləcək.

Ziyarət zamanı səhhətində ciddi problem yaranmış zəvvara da təqdim edilmiş tibbi sənədlər əsasında təşkilatçı tərəfindən dəymiş zərər nəzərə alınmaqla ziyarət bitdikdən sonra 2 aydan çox olmamaq şərti ilə müalicə üçün 2 000 manatdək maddi yardım ediləcək.

Bildirilir ki, Səudiyyə Ərəbistanı qanunlarına görə, Həcc ziyarəti zamanı dünyasını dəyişən şəxs ziyarət yerində dəfn olunur.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb, ziyarətin qiyməti 4150 ABŞ dollarıdır.

Azərbaycandan Həcc ziyarətini QMİ təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam