Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mövsüm Səmədov karsda daha 7 gün saxlanılacaq

 

 

 

 Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun cəza müddəti daha 7 gün artırılıb

 

      "Xeberinfo.com": Sentyabrın 19-da yeni köçürüldüyü 12 saylı cəzaçəkmə müəssisəsində 5 gün müddətinə cərimə təcridxanasına (karsa) salındığını xəbər vermişdik. Sentyabrın 24-də Mövsüm Səmədovun “kars” müddəti başa çatdığı üçün AİP-in mətbuat xidməti 12 saylı cəzaçəkmə müəssisəsi ilə əlaqə saxlayaraq məsələ ilə maraqlanıb. Məlum olub ki, məhkumun cərimə təcridxanasındakı cəza müddəti daha 7 gün artırılıb.

Müəssisə rəsmisi müddətin artlrılması səbəblərinə aydınlıq gətirməyib.

      Mövsüm Səmədovun durumu ilə maraqlanmaq üçün təcridxanaya yollanan vəkil Anar Qasımlı onunla görüşə bilməyib. Vəkil azadxeber.az-a deyib ki, onunla görüş üçün digər müvəkkili Dəyanət Səmədov gətirilsə də, Mövsüm Səmədovu görüşə gətirməyiblər. Səbəb kimi isə AİP liderinin karserdə olmasını əsas gətirdilər: “Halbuki qanunvericiliyə görə məhbusun karserə salınması, onun vəkillə görüşə gətirilməsinə hər hansı bir formada maneə yaratmır. Çünki, karserdən görüşə gətirilən məhbus qaytarılaraq yenidən karserə aparılır. Lakin qanunvericiliyin bütün tələblərini xatırlatmağımıza baxmayaraq, bizə görüş üçün şərait yaratmadılar. Hətta Mövsüm Səmədovun yaxınların tərəfindən gətirilən yemək sovqatı da götürülmədi”.

      Sonda vəkil bildirdi ki, baş verənləri aydınlaşdırmaq üçün aidiyyəti qurumlara müraciət edəcəklər.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam