Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Həbsxanalarda yoxlamalar aparıldı

 

Ombudsman Aparatının əməkdaşları 3 saylı İxtisaslaşmış müalicə müəssisəsində, 15 saylı Cəzaçəkmə müəssisəsində (CÇM) və 3 saylı İstintaq təcridxanasında araşdırma aparıblar.

"Xeberinfo.com": Aparatın mətbuat xidmətindən  verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İxtisaslaşmış müalicə müəssisəsində, 15 saylı Cəzaçəkmə müəssisəsində və 3 saylı İstintaq təcridxanasında olublar.

Aparatın əməkdaşları 3 saylı İxtisaslaşmış müalicə müəssisəsində Müvəkkilə müraciət edən məhkumlarla, eyni zamanda buradakı cərimə təcridxanasında saxlanılan şəxslərlə görüşüb, cərimə palatalarında saxlanılma şəraiti, saxlanılan şəxslərin səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər. Həmin şəxslər saxlanılma şəraitindən və rəftardan narazılıq etməyiblər.

Həmçinin ombudsmanın nümayəndələri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin təmsilçiləri tərəfindən müvəkkilə ünvanlanmış müraciətlərin araşdırılması məqsədi ilə həmin gün 15 saylı CÇM-də olub, qəbul edilmiş məhkumlara hüquqi məsləhətlər verilib, ombudsmanın səlahiyyətləri izah edilib.

Daha sonra 3 saylı İstintaq təcridxanasına da başçəkmə həyata keçirilib, Müvəkkilin ünvanına daxil olan müraciət araşdırılıb. Məhbuslar üçün nəzərdə tutulub, müasir standartlara cavab verən yeni yeməkxananın istifadəyə verilməsi müsbət hal kimi dəyərləndirilib.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı başçəkmə həyata keçirilmiş hər üç müəssisə rəhbərinə müvafiq tövsiyələr verilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam