Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İlahiyyatçı karserə salındı

 

0ttt

 

    İlahiyyatçı, vicdan məhbusu Taleh Bağırov 12 saylı Cəzaçəkmə Müəssisəsində karserə salınıb

    "Xeberinfo.com": Bu barədə AzadXeber.az saytına Taleh Bağırovun yaxınları məlumat veriblər. İlahiyyatçının hansı səbəb üzündən karserə salınması isə bilinmir.

   Bazar günü olduğu üçün xəbəri Penitensiar Xidmətlə dəqiqləşdirə bilmədik. Taleh Bağırovun vəkili Cavad Cavadov isə “Yeni Müsavat”a bildirdi ki, xəbəri o da mətbuatdan oxuyub. Ancaq vəkildə ilahiyyatçının karsa salınması ilə bağlı dəqiq məlumat yoxdur. C.Cavadov bildirdi ki, birinci gün cəzaçəkmə müəssisəsinə gedərək T.Bağırovla görüşməyə çalışacaq.

Qeyd edək ki, bir qədər əvvəl İslam Partiyasının sədri Mövsüm Səmədov və ilahiyyatçı Abgül Süleymanov da saxlanıldıqları həbsxanada karsa salınıb. Bundan başqa, M.Səmədovun Qobustan xüsusi rejimli həbsxanasına köçürülməsi ilə bağlı Penitensiar Xidmətin iddiası Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul olunub.

Xatırladaq ki, ilahiyyatçı Taleh Bağırov birinci dəfə 2011-ci il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilən ikinci hicaba azadlıq aksiyasında həbs olunaraq il yarım həbs cəzası alıb. Həbsdən azad olunduqdan 6 ay sonra, 2013-cü il martın 31-də T.Bağırov yenidən həbs olunub. Ona qarşı narkotik maddə saxlaması ittihamı ilə iki il həbs cəzası verilib. Bu il isə kamerasından tapılan mobil telefona görə ilahiyyatçının həbs müddəti daha 4 ay artırılıb.

Onu da qeyd edək ki, Taleh Bağırov bundan əvvəl 2013-cü ilin mayında və avqustunda yazdığı məqalələri və çağırışlarına görə karserə salınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam