Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

HR Konfransı keçiriləcək-Bakıda

 

 

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “HR Forumu layihəsinin” İşçi qrupunun iclası keçirilib.

Yenixeber.org: ABA-nın verdiyi xəbərə görə, iclasda HR Konfransının mövzuları, spikerlərin seçilməsi, onlarla danışıqların aparılması, konfransın keçiriləcəyi yer, dəvətlilərin siyahısı və s. kimi məsələlər müzakirə olunub.

Müzakirələr nəticəsində konfransın mayın 4-də keçirilməsi müəyyənləşdirilib. Həmçinin iclasın adının seçilməsi, mövzuların son olaraq dəqiqləşdirilməsi, spikerlərin müəyyən edilməsi üçün ABA-ya təkliflərin ünvanlanması qərara alınıb.

Xatırladaq ki, konfransda digital HR, SMART hədəflərin müəyyən olunması, işçilərin iş yükünün hesablanması, succession planning və s. mövzular müzakirə olunacaq.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam