Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Banklar faizləri artıra bilər"


“Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları vaxtilə onlara tövsiyə edilmiş faiz hədlərinə əməl etməyə çalışır”.

Xeberinfo.com:   Bunu “Report”a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

Xatırladaq ki, 2015-ci ilin ortalarında ölkədə fəaliyyət göstərən kommersiya banklarına istehlak kreditlərinin illik faiz dərəcəsinin (FİFD) 29%-i, biznes kreditlərinin illik faiz dərəcəsinin 25%-i keçməməsi, kreditlərə görə tutulan komisyon haqqının isə 1%-dən çox olmaması tövsiyyə edilib. Banklar uzun müddət bu tövsiyəyə əməl edib.

Son vaxtlar isə bəzi banklarda kreditlərin 30-36%-lə verilməsi, komisyon haqqının 2%-ə çatması müşahidə edilir. Z.Nuriyev hesab edir ki, bu cür vəziyyətin yaranması son aylar Azərbaycan manatının məzənnəsinin zəifləməsi ilə bağlıdır.

“Mümkündür ki, banklar məzənnə risklərindən qorunmaq üçün faizləri bir qədər artırsın, çünki bunu valyuta bazarındakı vəziyyət tələb edir. Amma əksər kredit təşkilatları bacardıqca tövsiyə edilmiş faiz hədlərindən kənara çıxmamağa çalışır”, - deyə ABA rəhbəri qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam