Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

ABŞ-da hicablı qadın aparıcı oldu

 

 

ABŞ-ın İllinoys və Ayova ştatlarında yayımlanan yerli telekanalda xəbər aparıcılığına başlayan 27 yaşlı Tahera Rəhman ölkənin ilk hicablı xəbər aparıcısı kimi tarixə düşüb.

Yenixeber.org: “WHBF” adlı yerli televiziya kanalında işləməyə başlayan Tehera Rəhman əvvəlcə həmin kanalda iki ildən artıq bir müddət ərzində xəbər prodüseri kimi çalışıb.

Rəhmanın anasının hindistanlı, atasının pakistanlı, özünün isə Çikaqo yaxınlığında anadan olduğu bildirilib.

Telekanalın xəbərlər departamentinin müdiri 8 fevralda ilk canlı efirinə çıxan Rəhmanın fəaliyyətinin son dərəcə uğurlu olduğunu deyib.

Çikaqo Loyola Universitetinin jurnalistika fakültəsinin məzunu olan Rəhman da mediada çalışmağı çox sevdiyini və bir müsəlman olaraq işində uğur qazanmaq istədiyini söyləyib.

Ölkə mətbuatında yazılır ki, ABŞ prezidenti Donald Trampın prezidentliyə gəlməsindən sonra ölkə daxilində islamofobik hücumların və müsəlmanları hədəf alan cinayətlərin artdığı bir zamanda Rəhmanın uğuru regionda yaşayan müsəlmanlar üçün qürur mənbəyi olub.(oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam