Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Donald Tramp kimdir?

 

tramp

Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçildi.

Xeberinfo.com:  Bu vaxta qədər o, mediamaqnat, yazıçı, “Trump Organization” tikinti konqlomeratının prezidenti, pullu oyun, kazinolar və hotel biznesində ixtisaslaşan “Trump Entertainment Resorts” şirkətinin yaradıcısı kimi tanınırdı. Bu gündən isə dünyanın superdövlətinin rəhbəri kimi bu adı ən azı 4 il eşidəcəyik.

ABŞ-ın yeni prezidenti Donald Tramp 1946-cı il iyunun 14-də Nyu-York ştatının Kuins şəhərində anadan olub. Donaldın ata tərəfindən baba və nənəsi alman immiqrantları olublar, ana xətti isə şotlandlara çıxır. Uşaqlıq illərində valideynləri onun enerjisini və özünə inamını lazımi istiqamətə yönəltmək ümidi ilə Nyu-York Hərbi Akademiyası adlı özəl internat məktəbə göndəriblər. Hərbi akademiya və biznes məktəbini bitirəndən sonra Donald atasının orta sinif üçün nəzərdə tutulan evlərin icarəsi sahəsindəki biznesinə kömək etməyə başlayır. Amma o, daha böyük işlərə qoşulmaq istəyirdi.

Daşınmaz əmlak və tikinti biznesi sahəsində fərasəti onu milyarder edir. Hətta Donald Trampın adı artıq neçə illərdir ki, daşınmaz əmlak biznesində uğur simvoluna çevrilib. Məşhur avtomobil, geyim, saat markaları kimi, “Tramp” sözü də daşınmaz əmlak bazarında əsl brend sayılır. İndi dünyada ona məxsus olan daşınmaz əmlakın və şirkətlərin sayı-hesabı yoxdur.

2011-ci ilin sentyabrında «Forbes» jurnalı Donald Trampın var-dövlətinin 2,9 milyard dollar həcmində olduğun açıqlayıb. Bu var-dövlətin böyük hissəsi daşınmaz əmlakdır. Ümumilikdə Trampa tamamilə və ya qismən məxsus olan daşınmaz əmlakların sayı 100-ə yaxındır. Bunlar böyük biznes və ofis mərkəzləri, kazinolar, restoranlar, bütöv binalar, göydələnlər və s.-dir.

Dünyanın “əmlak kralı” sayılan Donald Tramp təkcə inşaat sektorunda uğur qazanmayıb. Amerikalı biznesmen həm də televiziya və radioda məşhur sima və yazıçıdır. Tramp “Namizəd” realiti-şousunun icraçı prodüseri və aparıcısı olub. «Miss Kainat», «Miss ABŞ» və “Miss Teen USA” gözəllik müsabiqələrini keçirən “Miss Universe Organization” şirkətinin bir hissəsi Trampa aiddir.

Amma Trampı məşhurlaşdıran təkcə onun biznesi yox, ekstravaqant həyat tərzi və açıq ünsiyyət qurmaq bacarığıdır.

Müsəlmanları təhqir etməklə və başqa səs-küy salmış danışıqları ilə özünə “qalmaqallı siyasətçi” imicini qazandıran amerikalı milyonçu 3 dəfə evli olub, 5 uşağı var. Dünyanın ən nəhəng dövlətinin yeni birinci xanımı Melanya Tramp sloveniyalıdır və fotomodel olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam