Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yazıçılar xaricdə milyonlar, bizdə isə qəpik-quruş qazanır

 

 

 

     "Xeberinfo.com": Sənətlə məşğul olanlar sadəcə yaradıcılıq qabiliyyətlərini nümayiş etdirməklə kifayətlənmirlər. Yaradıcılıq onları şöhrətləndirir, tanıdır, sevdirir, pərəstişkar ordusu meydana çıxarır və həm də bu adamları varlandırır, pul qazandırır.

     Ann.az-ın məlumatına görə, 2014-cü ildə dünyada ən çox pul qazanan yazıçıların siyahısında ilk yeri macəraromanlarınaimzaqoyanABŞ yazıçısı CeymsPeterson2014-cü ildə 90 milyondollarqazanıb.Den Braun isə bu il 28 milyon dollar əldə edib. Üçüncü yeri isə məhəbbət mövzulu əsərlər yazan amerikalı qadın yazar Daniela Stil tutur. O, büdcəsinə 22 milyon əlavə edə bilib. Növbəti yerlərdə Canet İvanoviç 20 milyon, Cef Kinney 18 milyon, Veronika Rot 18 milyon, Stefan Kinq 17 milyon, Suzanna Kolins 16 milyon, J.K.Rouling 14 milyon, Devid Baldacci 11 milyon, E.L.Ceyms 10 milyon dollar gəlirlərini artırıblar.

    Bəs, Azərbaycanda necə, yazıçılar nə qədər qazanır? Onlar çap etdikləri əsərləriylə ailəsini dolandıra bilirlər?

“Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu deyir ki, Azərbaycanda hələlik bu mümkün deyil: “Təsüüf edirəm bizim yazarlara bu vaxta qədər kitabdan qazanmayıblar. Ancaq bəlkə bazar genişlənərsə, yerli yazarlara diqqət artarsa, onlarda qazanmağa başlarlar”.

     Gənc yazıçı Mirmehdi Ağaoğlunun iki kitabı çap olunsa da, heç bir qazancı olmayıb: “Bu vaxta qədər iki kitabım çıxıb. Heç birindən qazancım olmayıb. Nəinki  qazanc güdməyim, onları çap etməyin sevinci belə mənim üçün bəs idi. Çünki özümün maddi durumum  yaxşı  deyildi, çap edə bilmirdim. İndi üçüncü kitabım çapa hazırlanır. Yalnız  ondan qonorar almışam. O da təbii ki, dolanmaq üçün bəs etməz. O hesabla gərək mən aya heç olmaya üç kitab dərc edim”.

    Mirmehdi Ağaoğlunun sözlərinə görə, dünyanın  bir çox ölkələrində  olduğu kimi bizdə də kitabla dolanmaq çətin məsələdi: “Yalnız  ən məşhur yazarları çıxmaqla qalan bütün ortabab yazı əhli ikinci işlə yaşamağa məcburdur”.

 

Bunun başqa səbəbinin ölkədə kitab oxuyanların sayının hədsiz dərəcədə  az olmasıyla əlaqələndirən yazıçı qeyd etdi ki, normalda cəmiyyətin  oxucu  seqmentinin əksəriyyətini universitet tələbələri  təşkil edir: “Gəlin  baxaq görək biizm  tələbələr oxuyurlarmı? Yox. Heç öz dərslərini oxumurlar, o ki qaldı bədii əsər oxuyurlar. Belə şəraitdəki biz yazırıq, kitab çap edirik, deyərdim ki, qəhərmanlıqdı, ya da Sizif əməyi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam