Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Starteji yol xəritəsi:İrəvana qayıdış prosesi...

[thumb=right]http://yloenixeber.org/upads/posts/2018-02/1518327212_azerbaycan-xerite.jpg[/thumb]

 

Prezidentin Qarabağla bağlı son məruzəsi çox mühüm starteji tezisləri özündə əks etdirir

Yenixeber.org: Bu sözləri  fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, ölkə rəhbərinin Yeni Azərbaycan Partiyasının VI qurultayında Dağlıq Qarabağla bağlı son məruzəsi münaqişənin həllinə dair yeni yol xəritəsindən xəbər verir:

Dəfələrlə bəyan edilib ki, Azərbaycanın xarici siyasətində Dağlıq Qarabağ məsələsinin həlli əsas prioritetdir. Əzəli Azərbaycan torpaqları olan Göyçə, İrəvan, Zəngəzura budəfəki qayıdış çağırışı Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması prosesinin başlanğıcı sayıla bilər. Çünki ilk dəfə olaraq bu məsələ bir strateji hədəf kimi qarşıya qoyuldu. Bu çox ciddi və önəmli mətləblərdən xəbər verir və onu göstərir ki, Ermənistanın üçüncü qüvvələrə arxalanması artıq əhəmiyyətini itirir. Söhbət heç də Ermənistanla müharibədən getmir. Prezident açıq şəkildə bəyan etdi ki, azərbaycanlılar öz əzəli torpaqlarına qayıdacaqlar. Təbii ki, dövlət başçısının məlum nitqi Qarabağla bağlı yeni strateji yol xəritəsinin konturlarına söykənir. O üzdən İrəvan təşvişə düşməkdə haqlıdır”.

Ekspert onu da əlavə edib ki, prezident əslində son çıxışı ilə İrəvana iki mühüm zərbə vurmuş oldu:

“Birincisi, onlar Azərbaycanda prezident seçilərinin 11 aprel tarixinə dəyişdirilməsini çox ehtiyatla qarşıladılar. İrəvan ümid edirdi ki, oktyabra qədər heç bir ciddi hərbi konflikt, Qarabağda genişmiqyaslı əməliyyatlar ola bilməz. Ermənistanın bu ümidləri puç oldu.

 

İkincisi, Azərbaycan növbəti uğurlu taktiki gedişlə Ermənistanı qorxu içərisində saxlamağı bacardı. Bu, Azərbaycanın Ordusunun qüdrətini bir daha sübut etdi”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam