Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Dağlıq Qarabağla bağlı bir böhranlı mərhələyə daxil oluruq"

 

"Xeberinfo.com":   Son vaxtlar Dağlıq Qarabağla bağlı çox ciddi fikirlər səsləndirilir. Belə ki, amerikalı həmsədrin 7 rayonun qaytarılması və azad olunacaq ərazilərə sülhəramlı qüvvələrin yeridilməsi fikirləri heç də təsadüfi sayıla bilməz. Eyni zamanda müdafiə nazirinin cavab atəşi ilə bağlı verdiyi göstərişi də, bu münaqişə ocağının aktivləşəcəyi ehtimalını artırır. Ekspertlər bu gərginliyin arxasında ciddi proseslərin dayandığını istisna etmirlər.

Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşərkən politoloq Ərəstun Oruclu bildirib ki, Dağlıq Qarabağla bağlı çox ciddi hadisələr baş verir: “Ümumiyyətlə Dağlıq Qarabağ ətrafında çox müəmmalı hadisələr baş verir. Mənə elə gəlir ki, bu hadisələr yaxşı məqamlardan xəbər verən məsələlər deyil. Bu baxımdan Dağlıq Qarabağ ətrafında gərginliyin artması görünür. Müdafiə nazirinin cavab atəşi ilə bağlı son tapşırığının özü də bir göstəricidir. Düşünürəm ki, Dağlıq Qarabağla bağlı bir böhranlı mərhələyə daxil oluruq. C.Uorlikin də ərazilərin geri qaytarılması ilə bağlı verdiyi açıqlamalar bu böhranın qarşını almağa yönəlib. Əvvəllər biz bu cür birmənalı bəyanatların şahidi olmurduq. Artıq görünür ki, müharibə təhlükəsi realdır. Çünki düşünmürəm ki, Azərbaycan tərəfi ağır texnikadan atəş açan vaxtı erməni tərəfi bunu sadəcə müşahidə edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam